05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/8/2016 Layihəyə yekun vuruldu


 Şuranın dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinə

Abşeron rayonunda yekun vurulub

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının təşkili” layihəsi çərçivəsində yekun maarifləndirmə tədbirini Abşeron rayonunda keçirib.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların ibtidai məktəbə hazırlanması və inklüziv təhsil imkanlarının artırılması perspektivləri” mövzusunda keçirilən həmin tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin, Uşaq Poliklinikasının, qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Tədbir qatılanları giriş sözü ilə salamlayan Birliyin sədri və layihə rəhbəri Ramilə Rasimqızı ilk növbədə aktual bir problemə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya,  sözügedən maarifləndirmə tədbirinin keçirilməsi üçün yaratdıqları şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə təşəkkürünü bildirib.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, fiziki və zehni inkişafında reabilitasiya-inkişaf mərkəzlərinin, məktəbəqədər və ibtidai təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edən R.Rasimqızı həmin məsələnin ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu bildirib.  

Layihə rəhbəri vurğulayıb ki, bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsi və digər həmyaşıdları ilə birgə (inklüziv) təhsilə cəlb olunma səviyyəsinin artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər, mütəxəssislər (pedaqoji, psixoloji, sosial işçilər və s.) arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

Birliyin sədri layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində təşkil olunmuş icma tipli qısamüddətli məktəbə hazırlıq kursu barədə də məlumat verib. O, qeyd edib ki,  rəhbərlik etdiyi təşkilatın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin və “Azimut” Tədris Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən 2016-2017-ci tədris ilindən etibarən məktəbə gedəcək uşaqlara fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial və psixoloji hazırlıqla bağlı, o cümlədən nitqində problemi onlara tələffüzünün korreksiyası ilə əlaqədar müvafiq xidmətlər göstərilib.

Daha sonra tədbirdə çıxış edən Abşeron Rayon Təhsil Şöbəsi müdirinin müavini Pərviz Əhmədov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli, əlillik məsələləri üzrə tanınmış ekspert Bəybala İbadullayev, Azərbaycan Dövlet Pedaqoji Universitetinin Elmi innovasiyalar mərkəzinin mütəxəssisi, Korreksion pedaqogika kafedrasının müəllimi Aynur Abdullayeva, “Azimut” Tədris Mərkəzinin direktoru Zərnişan Kazımova inklüziv təhsilin anlayışı, əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması sahəsində müasir metodlar, o cümlədən qısamüddətli məktəbəhazırlıq kurslarının rolu, habelə ailələrin sosial xidmətlərə çatımlılığının təmin edilməsi barədə iştirakçılara ətraflı məlumat veriblər.

 Tədbirdə həmçinin “Mənim Dünyam” Təşkilatının sədri Cəmilə Abdulova, “Abşeron təhsili” və “Xırdalan” qəzetlərinin baş redaktoru Anar Nağıyev, Abşeron Rayon Təhsil Şöbəsinin psixoloqu Bəşir Xanlarov və digərləri layihə çərivəsində hazırlanaraq iştirakçılara paylanılmış bukletin bir maarifləndirmə vəsaiti kimi çox faydalı olduğunu söyləyiblər. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, ibtidai məktəbə hazırlanması və sosial inklüziyası sahəsində mövcud çətinliklərin aradan qaldırılması barədə bəzi təkliflər irəli sürüblər. 

Şuranın dəstəyi ilə icra olunan bu layihənin regionlarda da həyata keçirilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və belə bir fikir ifadə olunub ki, əhali arasında inklüziv təhsil sahəsində maarifləndirmə işinin genişləndirilməsi ölkəmizdə inklüziv cəmiyyət quruculuğu prosesinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Mətbuat xidməti 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2602 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü