XƏBƏRLƏR




- 17/8/2016 Xızıda Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizə
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti həyata keçirirdiyi "Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması” layihəsi çərşivəsində bölgələrdə tədbirləri davam etdirir.
Layihə çərçivəsində növbəti seminar Xızı şəhərində baş tutub.
Layihə rəhbəri Məhluqə Rəhimova layihənin mahiyyəti haqında seminar iştirakçılarına ətraflı məlumat verib. Təlimçi - Nəzakət Balabəyova seminar içtirakçılarına Məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə qanunun tətbiqi, erkən evliliyin fəsadları, ailə daxili zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etmək məqsədi İlə yerli icra hakimiyyəti orqanlarının rolu, məişət zorakılıq qurbanlarına xidmətlərin göstərilməsi və onlarla işin təşkili, məişət zorakılığı qurbanlarının hüquqları, məişət zorakılığı və erkən evliliyin səbəbləri və onunla mübarizə ilə bağlı ətraflı məlumat verib.
Hüquqşünas Fuad Məmmədov qanunvericilikdəki boşluqlar, qurbana dəyən zərərin ödənilməsi, mühavizə orderlərinin verilməsi haqqında seminar iştirakçılarının suallarına cavab verib. Seminarın sonunda suallara cavab verilmiş, seminarın qiymətləndirilməsi aparılmışdır.
Tədbirdə psixoloq Gülnarə Mahmudova, Xızı rayon İH-nin əməkdaşı Fətullah Əliyev, Xızı rayon İH-nin məsləhətçisi Tünzalə İmranova, Xızı rayon Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Həcər Rəsulova, Ədliyyə Polisi Sevinc Xanalıyeva, əlilliyi olan müxtəlif kateqoriyalı olan əlilliyi olan insanlar, təhsil, səhiyyə, şöbəsinin rəhbərləri, Xızı şəhər bələdiyyəsinin əməkdaşları, digər aidiyyatlı dövlət qurumlarının, QHT və KİV-nümayəndələri, cəmiyyətin ən kövrək təbəqəsi olan məişət zorakılığından zərər çəkmiş şəxslər iştirak edib.
Bu xəbər 2944 dəfə oxunub