05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/8/2016 İstedadlı əlillər layihəhəyə yekun vurdular.


15 avqust 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Abşeron RİH-nin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsinin yekun hesabatını əhatə edən mətbuat konfransını və layihə çərçivəsində nəşr olunan 1-ci qrup Qarabağ Qazisi Elşad İbrahimovun “Yurdum məni Kəlbəcərdə gözləyir” adlı şerlər kitabının təqdimatı təşkil olundu.
Tədbirin açılışında ŞƏHİDLƏRİMİZİN ruhu bir dəqiqəlik sükutla yad edildi. Sora birliyin sədri Cavad Qasımov layihənin əhəmiyyətindən danışaraq geniş məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, “-Birliyimiz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi həm də ümumi olaraq bir çox işlər görmüşdür. Belə ki fərdi olaraq bizə müraciət edən insanlara hüquqi yardım, Sosial yardımın təyin olunması, əlilliyin təyin edilməsi, müalicə, istirahətə göndərilmə və s. məsələlərlə əlaqəli dəstək vermişik. Ümumi olaraq əlilliyi olan insanların müasir reabilitasiya avadanlıqları ilə təmin edilməsi mövzularında bir çox təkliflərlə aidiyatı təşkilatlara müraciətlər və bu mövzuda çıxışlar etmişik. Təhsil məsələləri ilə əlaqəli olaraq Birliyimiz birinci növbədə inkulizv təhsilin Beynəlxalq standartlara uyğunlaşdırılmasının tərəftarıdır və bu istiqamətdə Təhsil Nazirliyi və aidiyatı qurumlar qarşısında mövcud problemlər və həlli yolları mövzularında çıxışlar etmişik. Eyni zamanda Birliyimiz tərəfindən əlilliyi olan insanlar üçün, şəhid və imkansız ailələlərin üzvləri üçün ofisimizdə Şəms tərcümə Mərkəzinin dəstəyi ilə ödənişsiz olaraq İngilis dili və Rusili kursları təşkil etmişik. Bunla bərabər 1saylı Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reabiltasiyası Mərkəzinin üzvlərinə “Layihə Univeristeti”ni təlim etmişik ki, bu da gənc əlillərimizin gələcəkdə işlə təmin olunması baxımından və onların fəaliyyətindən cəmiyyətimizində faydalanması baxımından əhəmiyyətlidir. İncəsənətə əlaqəli Birliyimiz əlilliyi olan istedadlı şəxslərin çoxsaylı sərgilərin , konsertlərin təşkil etmişdir və istedadlı yazarların kitabların nəşr etdirmişdir, eyni zamanda birliyimiz bəzi reabilitasiya mərkəzlərində sorğular və manitorinqlər təşkil etmişdir, insanların marifləndirilməsi məqsədi ilə əlilliyin təyin edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qaydalarını əks etdirən broşuralar cap edərək layihə iştrakçılarına paylamışdır...”
Sonra sairə-publisist Mətanət Sevdalı layihə çərçivəsində nəşr edilən “Kəlbəcərdə yurdum məni gözləyir” kitabını təqdimatın etdi. İştrakçılar kitab haqqında öz fikirlərini bildirdilər. Tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Respublika Əlillərin Bərpa Mərkəzinin Baş həkimi Günay xanım Rəfiyeva, Abşeron RİH nümayəndəsi, Abşeron rayon Yazıçılar Birliyinin sədri Şəhla xanım Ağbulud , QHT rəhbərləri geniş məzmunda çıxışlar etdilər. Kitabın müəllifi Kəlbəcər rayonundan məcburi köçgün, birinci qrup Qarabağ əlili, gənc şair Elşad İbrahimov kitabın nəşrinə dstək olanlara təşəkkürünü bildirdi.
Konfransın sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini Qubad Qasımov “Birliyin hazırladığı təkliflərin və konfransda müzakirə olunan məsələləri ümumiləşdirilərək aidiyatı təşkilatlara göndəriləcəyini və bu məsələlərlə əlaqəli olaraq həmin təşkilatlarla əməkdaşlıq ediləcəyini , konfransda müzakirə olunan məsələlərin real nəticəsinin həlli edilməsi yönündə işlərin aparılacağını” söylədi.
Sonra Konfrans iştrakçıları çay süfrəsi ətrafında qeyri-rəsmi müzakirələri davam etdirdilər
 İƏİB-nin sədri Cavad Qasımov  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2629 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü