11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/7/2016 Əlilliyi olan uşaqlar xaricə bərpa müalicəsinə göndərilib


 Əlilliyi olan şəxslərin sağlamlıqlarının və sosial statuslarının bərpası, onların səmərəli tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, bir qrup sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından “Sanni” (“Günəşli”) reabilitasiya mərkəzinə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.
   Əlilliyi olan insanlar maddi və mənəvi tələbatlarının gücləndirilməsi ilə yanaşı, onların reabilitasiyası, habelə xaricdə ixtisaslaşmış bərpa müalicələri üçün lazımi şəraitin yaradılmasından razılıqla söz açıb, göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ötən il və cari ilin keçən dövründə nazirlik tərəfindən 350 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə  ixtisaslaşmış bərpa müalicəsinin təşkil edildiyini bildirib: “Son illərdə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiya kursu keçmək üçün Türkiyə Respublikasındakı Nobel Tibb Mərkəzinə göndərilir. Eyni zamanda Gürcüstan Respublikasındakı “Sanni”  reabilitasiya mərkəzinin də serebral iflicin formalarının, nevroloji xəstəliklərin fəsadlarının fizioterapevtik üsullarla müalicəsində müsbət iş təcrübəsi nəzərə alınmaqla, onlarla da bu sahədə əməkdaşlığa başlanılıb. Hazırda göndərilən şəxslər də qeyd olunan mərkəzdə yerləşdiriləcək və 21 gün ərzində bərpa-müalicə kursu keçəcəklər. İlk dəfə sağlamlıq imkanları məhdud uşaqları müşahidə edən valideynlərdə həmin müddətdə reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”. 
   S.Abdullayev əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı nazirliyin xətti ilə həyata keçirilən digər reabilitasiya tədbirlərini də diqqətə çatdırıb. “Hər il nazirliyin bərpa-müalicə müəssisələrində bu təbəqələrdən olan 8 min nəfərdən çox şəxs bərpa müalicə və protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500 nəfərədək uşağa reabilitasiya yönümlü xidmətlər göstərilir ki, onların da böyük qismi sağlamlıq imkanları məhdud uşaqlardır. Həmçinin son 6 ayda əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət 1800 nəfərdən çox imtiyazlı vətəndaş müalicə məqsədilə sanator-kurort yollayışı ilə təmin olunub. 36 nəfər əlilliyi olan şəxsin isə respublikadan kənar müalicəyə göndərilməsinə və respublika daxilində müalicəsinə maddi  köməklik göstərilib”.  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2063 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi