XƏBƏRLƏR




- 14/6/2016 "Layihə Universiteti" təlim kursları başa çatdı.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
14 iyun 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində Mərkəzin üzvlərinə "Layihə Univerisiteti" təlim-kurslarının yekun tədbirini təşkil etdi. Tədbirin aşılışını Mərkəzin Derktoru Rahilə xanım Həsrətova açaraq keçirilən təlim-kurslarının əhəmiyyətindən danışdı. Sonra layihənin təlimçisi Səbinə xanım Kərimova təlimlərin gedişatı və nəticələri haqda məlumat verdi. Daha sonra İstedadlı Əlillər ictimai birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov çıxış edərək qeyd etdi ki, “ Keçirilən təlim kurslarında iştrakçılara layihə yazmağın qaydaları öyrədildi. Bu təlimləri təşkil etməkdə məqsəd fiziki məhdud gənclərin həyata keçirtmək istədikləri ideyalarını sərbəst qaydada layihə şəkilində gerçəkləşdirmələrinə dəstək olmaq idi. İnanırıq ki, iştrakçılar gələcəkdə fərdi qaydada layihə müsabiqələrində iştrak edərək arzu və ideyalarını reallaşdıracaqlar və gələcək fəaliyyətləri ilə cəmiyyətimizə fayda verəcəklər. Təlimlərdə layihə qaydalarının şərtləri və prinsipləri iştrakçılara izah edildi. Sevindirici haldır ki, iştrakçılar bu təlimlərdə həvəslə iştrak etdilər. Eyni zamanda qeyd edim ki, təlimlər iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq və təsvir etdiyi problemin həllinə tərtib etdiyi layihə çərçivəsində nail olacaq. Bununla yanaşı fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştrakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək.” Tədbirdə qeyd olundu ki, “Layihə Univeristeti” ilə əlaqəli 4 təlim 2 seminar və müxtəlif konsultasiyalar təşkil olunmuşdur. Tədbirin sonunda iştrakçılar “Layihə Univeristeti”nin diplomları ilə təltif edildi. Hörmətlə : Layihə rəhbəri Cavad Qasımov
Davud
RƏHİMLİ
Bu xəbər 1779 dəfə oxunub