05 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/6/2016 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür


BU GÜN TƏDBİRİMİZDƏN

https://www.facebook.com/udpo.az/

https://www.facebook.com/groups/850488401714685/

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Mado restoranlar Şəbəkəsinin dəstəyi ilə 28 Mall AVM-də yerləşən Mado restoranında Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Bütün uşaqlar BİR arada DƏCƏL BALAMDA” layihəsi çərçivəsində Əlil Təşkilatları İttifaqının üzv təşkilatları "Ümman " Əlil Uşaqlara Qayğı İ.B, "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İB, "İnayət" Əlillərə Qayğı İB, "Mənim Dünyam" Ağıreşitmə və Nitq Qusurlu Uşaqlar Klubu, "Çıraq" Sumqayıt Uşaq İnkişaf Mərkəzi, "Autizm " Defektoloji və Psixoloji Yardım Mərkəzinin uşaqları üçün bayram tədbiri baş tutdu.

Tədbirə giriş sözü ilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad xanım Əhədova başlayaraq ilk Mado restoranına yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. Daha sonra fəaliyyətləri , uşaqlara yalnız bir gün deyil, hər gün xidmət etdiklərini vurğuladı. Əlil Təşkilatları İttifaqının təmsilçi , prezident Davud Rəhimli çıxışa davam edərək uşaqları təbrik etdi. Uşaqlara daha faydalı olmaq üçün əməkdaşlığı davam etdirməyi əlavə etdi. "Ümman " Əlil Uşaqlara Qayğı İ.B- nin sədri Şükufə xanım Məmmədova da öz növbəsində bütün uşaqları təbrik etdi. Təşkilatçılara təşəkkürünü bildirdi.

Sehirbaz Süleyman Məmmədov öz maraqlı şou proqramı ilə tədbiri davam etdirdi. Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi tərəfindən uşaqlara bilərziklər düzəldi, hədiyyə olundu. “Meqas” Uşaq mahnı qrupu öz gözəl nəğmələri ilə şənliyə rəng qatdı.
Sonda bütün uşaqlar və təşkilatçılarla birgə xatirə şəkli çəkildi.
Biz hər birimiz bir uşağıq, və hər birimiz bir uşaq olmuşuq !
Uşaqları qoruyaq, sevək , qayğımızı əsirgəməyək !

 


Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2000 dəfə oxunub




Flag Counter






» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!