23 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/5/2016 “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin təbliği


  PRESS - RELİZ 01 

       Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları  Ailələrinə Kömək” İctimai Birliyinin, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layi­hə­sinin icrasına başladı. 

        Layihənin drektoru, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları  Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Avvasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqların, beynəlxalq qanunlara zid olaraq ermnilər tərəfindən şəhər və kəndlərin, yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

      İşğalçı dövlətin təbliğat maşını dünyanın aparıcı mətbuatında, məşhur axtarış sistemlərində, vikipediyada Azərbaycan torpaqlarının “qədim Ermənistan” ərazilərinə aid olduğu barədə yalan məlumatlar yerləşdirilərək geniş təbliğ olunur.

     Son vaxtlar erməni lobbisi tərəfindən dünya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Faciə bundadır ki, dünya miqyasında Azərbaycanın yaxın və uzaq tarixi, Qarabağ həqiqətləri və həmçinin mədəni abidələri, milli mahnı və çalğı allətləri ermənilər tərəfindən saxtalaşdırılaraq özününküləşdirmək istiqamətində təbliğat aparılır. Buna da çox vaxt xarici ölkələrdə tarixçilərdən fərqli olaraq sadə vətəndaşlar inanmalı olurlar. Bunun qarşısını almaq üçün işğal altında olan torpaqlarımızın ermənilər tərəfindən özününküləşdirilməsinə son qoymaq, bu ərazilərin guya Ermənistana məxsus olduğunu “sübut” edən “erməni həqiqətlərini” ifşa etmək və bunun qarşısını almaq üçün əks-hücum kampaniyasına start verilməli, erməni yalanları ifşa edilməli, Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri Beynəlxalq aləmdə yayılaraq həqiqət bərpa olunmalıdır.

     Buna görə də, ilk növbədə əhali arasında virtual mübarizə aparılmalı, dünya ictimaiyyətinə əsil həqiqət çatdırılmalı, Dağlıq Qarabağ haqqında ermənilərin uydurduğu yalan stereotipi dağıdılmalıdır. Bunun üçün elektron internet veb səhifələrinin axtarış sistemlərində Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən məlumatlar çoxaldılaraq geniş yayılmalıdır. 

        Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini, separatçıların Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımızdakı, şəhər və kənd adlarının dəyişdirilməsini əngəlləmək və əsil həqiqətlərin Dünya ictimayətinə çatddıraraq məqsədi ilə, tarixi əhəmiyyətli kitablar, müxtəlif sənədlər Azərbaycan dilindən İngilis və Rus dillərinə tərcümə edib, qarabagheqiqetleri.com Web-sayitında  elektron infоrmаsiyа bаnkı yаrаdılaraq dünya ictimayyəti arasında maarifləndirmə işləri aparılacaqdırr.

 

 “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları

         Ailələrinə Kömək”  İctimai Birliyinin

                   Mətbuat xidməti 

 

Davud Rəhimlıi

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2177 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir

» 22/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə, təqdim etdikləri vakansiya sayı 2518-ə çatdı

» 20/9/2021- Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib

» 20/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək

» 17/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 17/9/2021- Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi

» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2021- Azərbaycanda 2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu