16 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/12/2015 İsmayıllıda fiziki əngəlli insanların əl işlərindən ibarət sərgi keçirildi


İsmayıllıda "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, "Vətəndaşların sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi və İsmayıllı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə fiziki əngəlli insanların əl işlərindən ibarət sərgi və "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin rayon şöbəsinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

"Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Mətbuat xidmətindən   verilən məlumata görə öncə İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, başçının müavini Sevil Əhmədova, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Mədaxil Cavadlı, həmçinin birliyin İsmayıllı rayon təşkilatının Rahim Səmədov, "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, Aleksander Şapiro Suliman Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər, ulu öndərin ruhuna ehtiramlarını bildiriblər.

Sonra iştirakçılar İsmayıllı Uşaq kitabxanasında sağlamlıq imkanları məhdud olan insanların 150-dən çox əl işlərindən təşkil olunan sərgiyə tamaşa ediblər. Sərgidə parça üzərində tikmə, xalça toxuma, ağacoyma, rəssamlıq, misgərlik, zərgərlik, və dulusçuluq nümunələri təqdim olunub. Çıxış edənlər bildiriblər ki, sərginin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir. Qeyd olunub ki, artıq fiziki imkanı məhdud şəxslərə əlil, yazıq kimi yox, sıradan biri kimi baxmaq lazımdır. Vurğulanıb ki, fiziki əngəlli insanların sosiallaşması onların sıravi vətəndaş olaraq cəmiyyətin bir üzvü kimi çalışmasına, sosial rifahını gücləndirilməsinə dəstək olar və bu insanlar heç kimə ələbaxım duruma düşməz.

Daha sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib.

İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayaraq onlara rayona göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. Başçının müavini qeyd edib ki, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan 22 nəfər fiziki əngəlli insan pulsuz tibbi müayinədən keçib.

"Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev isə çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. M. Məmmədvəliyev qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyə kimi 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb. M. Məmmədvəliyev artıq İsmayıllı rayonunda rəhbəri olduğu təşkilatın yerli nümayəndəliyini fəaliyyətə başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, rayonda fiziki əngəlli insanların cəmiyyətə inteqrasiyası, sosial rifah hallarının yaxşılaşdırılması, həmçinin ehtiyacı olan insanların arabalarla təchiz edilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb.

İncəsənət vasitəsilə özünü ifadənin həyatın çətin anlarında belə insanı rahatlaşdırdığını, özünə inamı artırdığını deyən "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova isə bu kimi insanların əl işlərindən ibarət sərgilərin paytaxtda da keçirilməsinin vacibliyindən söz açıb. V. Əsgərova məhdud imkanlı olan istedadlı insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə bu qəbildən olan insanların əl işlərindən ibarət sərgilərin təşkil olunmasının önəmli olduğunu söyləyib. Birlik rəhbəri bu kimi insanların fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müxtəlif layihələrin həyata keçiriləcəyini də sözlərinə əlavə edib.

Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, Aleksander Şapiro Suliman isə rəhbəri olduğu mərkəzin xeyriyyəçilik fəaliyyətindən danışıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

"Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Rahim Səmədov ona göstərilən etimadı doğruldacağını və fiziki əngəlli insanların problemlərinin həlli istiqamətində çalışacağınıtədbir iştirakçılarının nəzərinə çatdırıb.

"Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Mədaxil Cavadlı da çıxışında gələcəkdə həyata keçiriləcək layihələrdən danışıb, İsmayıllı rayonunun tarixi abidələrindən bəhs edən müəllifi olduğu kitabları Uşaq kitabxanasına hədiyyə edib.

Eyni zamanda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan 22 nəfər fiziki əngəlli insanın tibbi müayinələrini nəticələri sahiblərinə təqdim olunub.


 

 


Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi

 

 

Şəkillər
1
2
3
4
5
6
7
8
9
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2571 dəfə oxunub




Flag Counter






» 13/8/2022- Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb

» 13/8/2022- Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb

» 12/8/2022- 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur