XƏBƏRLƏR




- 14/12/2015 QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
- İnsan hüquqları və demokratiya məsələləri
- İnsan hüquq və azadlıqlarının müdafiəsi;
- Demokratik proseslərin dəstəklənməsi;
- Əmək hüquqlarının müdafiəsi;
- Ödənişsiz hüquqi xidmətlərin təşkili.
- Şəffaflıq və institusional məsələlər
- Korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaş iştirakçılığının artırılması;
- Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə dəstək;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun təbliği;
- QHT-lərin fəaliyyətində şəffaflığın artırılması üzrə təşəbbüslər;
- Şəffaflıq məsələlərinə həsr olunmuş video çarxların hazırlanması, təqdimatı və təşviqi.
- İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə
- Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən məlumatların qorunmasına dair təşəbbüslər;
- Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər;
- İctimai problemlərin həlli istiqamətində QHT-bələdiyyə əməkdaşlığı;
- Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslər;
- Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə;
- Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyası;
- Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstək;
- İctimai təhlükəsizliyin qorunmasında vətəndaş fəallığının artırılması;
- Yol-nəqliyyat hərəkəti iştirakçılarının davranış qaydalarının təkmilləşməsinə dair təşəbbüslər.
- Narkomaniya və insan alveri ilə mübarizə məsələləri
- Narkomaniya ilə mübarizədə ictimai fəallığın artırılması (video çarxlar, aksiyalar, yarışlar, mədəni tədbirlər);
- İnsan alverinə qarşı mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər.
- Beynəlxalq əməkdaşlıq məsələləri
- Şimali Amerika və Avropa İttifaqı ölkələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlər;
- Xarici ölkələrin KİV-lərində Azərbaycanla bağlı məqalələrin, verilişlərin və digər materialların yerləşdirilməsi;
- Dağlıq Qarabağla bağlı yaradılmış saytların xarici dillərə tərcüməsi və yenilənməsi;
- Azərbaycanlılara qarşı soyqırımlar, erməni təcavüzü mövzusunda xarici auditoriyalara hesablanmış videoçarxların, qrafik tipli materialların hazırlanması. Tanınmış xarici mədəniyyət və incəsənət xadimlərinin, idmançıların və digər nüfuzlu şəxslərin bu mövzularda xarici dillərdə qısa video təqdimatlarının, musiqi kliplərinin hazırlanması;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair xarici dillərdə elektron audio-kitabxana bazasının, onun mobil telefonlar üçün proqram təminatının yaradılması və tətbiqi;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramları;
- Ölkəmizin mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələri, müstəqil jurnalist və fəal bloqerlərdən ibarət qrupların Azərbaycana səfərlərinin təşkili.
- Ətraf mühit və sağlamlıq məsələləri
- Yaşıllıqların salınması;
- İctimai obyektlərin ekoloji və sanitar vəziyyətinin monitorinqinin aparılması;
- Ətraf mühitin məişət tullantılarından təmizlənməsi;
- Ətraf mühitin öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması və onların iştirakı ilə ekskursiyaların təşkili (festival, TV veriliş, sosial çarx);
- Yoluxucu xəstəliklərlə mübarizə (sosial çarx, bukletlər);
- Məişət gigiyenası, qida təhlükəsizliyi və tibbi biliklərin artırılması;
- Əhali arasında qabaqlayıcı tibbi tədbirlərin həyata keçirilməsinin təbliği;
- Psixoloji yardıma ehtiyacı olanlar üçün məsləhət xidmətinin təşkili;
- Fövqəladə hallarda ilkin tibbi xidmətin göstərilməsinin təbliği.
- Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər
- Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğinə dair təşəbbüslər;
- Uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dair təşəbbüslər;
- Məişət zorakılığı və erkən evliliyə qarşı mübarizə tədbirləri.
- Sosial məsələlər
- Ahıl, tənha və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslər;
- Əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
- Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması.
- İqtisadi məsələlər
- Kiçik biznesinin inkişafına yönələn təşəbbüslər;
- Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması;
- Əhalinin məşğulluğuna və kənd turizminin inkişafına dair təşəbbüslər;
- Kiçik infrastruktur problemlərinin həllinə dair təşəbbüslər;
- Azərbaycan Respublikası Vergi Məcəlləsinin izahı və vergi mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslər.
- Təhsil, mədəniyyət və idman məsələləri
- Təhsilin keyfiyyətinin yaxşılaşmasına dair təşəbbüslər;
- Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması, şagirdlərin pis vərdişlərdən çəkindirilməsi və sağlam böyümələri istiqamətində təşəbbüslər;
- Ümumi təhsil müəssisələrinin işinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif maraqlı tərəfləri cəlb etməklə məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
- Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində QHT-lərin məktəbdənkənar müəssisələrlə əməkdaşlığının gücləndirilməsi;
- Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili;
- Məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədilə idman yarışlarının təşkili və digər tədbirlərin keçirilməsi;
- Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına azarkeş dəstəyi verilməsinə dair təşəbbüslər.
- 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği15000 (on beş min) manatola bilər.
- 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
- Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir;
- Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
- Daşınmaz əmlakın satın alınması;
- Mövcud kəsirin ödənilməsi;
- Təhsil üçün fərdi təqaüd;
- Siyasi və dini fəaliyyət;
- Ayrı-ayrı fərdlərə maddi yardım;
- Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.
- İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
- Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
- Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, dəqiq həcmini göstərir, müvafiqrəyilayihəyəəlavə edir;
- Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri əlavə olunur;
- Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
- Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu təqdim edən layihələrə üstünlük verilir.
- QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir;
- QHT müsabiqəyə yalnız Şuranınwww.e-qht.azelektron xidmətsaytında qeydiyyatdan keçməklə elektron ərizə və layihə təklifi ilə müraciət edir;
- Şuranınwww.e-qht.azelektron xidmətsaytında olan elektron ərizədə “QHT-lərin qeydiyyatı” və “Layihə haqqında məlumat” bölmələrində olan suallara cavablandırır;
- Ərizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir;
- Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.
- Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;
- Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;
- Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
- Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;
- Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
- Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
- Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
- Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
- Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
- İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
- Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
- Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
- Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
- Layihənin davamlılıq göstəriciləri;
- Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
- Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
- Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.
- Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;
- Əvvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etməməsi;
- Əvvəlki müsabiqədə maliyyələşdirilmiş layihənin icra müddətinin başa çatmaması;
- Əvvəlki müsabiqədə maliyyə yardımı almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etməməsi;
- Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması;
- Əvvəlki maliyyə yardımı müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmaması.
- 1-ci mərhələ- Layihə təklifinin qəbulu;
- 2-ci mərhələ- Ərizə və layihə təkliflərinin ilkin seleksiyası;
- 3-cü mərhələ- Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
- 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:
Layihələrin müddəti
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.
Maliyyə yardımının məbləği
QHT üçün tələblər
Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz
Layihələrin hazırlanması üçün texniki şərtlər
Ərizələrin təqdim olunması üçün texniki tələblər
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizələrin qəbulu14 dekabr 2015-ci il tarixdənelektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi4 mərhələdəaparılır:
Bu mərhələ14 dekabr 2015 – 15 yanvar 2016-cı il tarixədəkmüddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.
Bu mərhələ16-30 yanvar 2016-cı il tarixədəkmüddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
Bu dövr01-19 fevral 2016-cı iltarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.
Müsabiqə qalibləri 2016-cı il martın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədarməlumatlandırma sessiyası 18 dekabr 2015-ci ildə saat 15.00-da Şuranın Ofisində(Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.
Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası iləŞuranınwww.cssn.gov.az,www.qhtxeber.azvəwww.e-qht.azinternet saytlarındatanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.
Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az
Bu xəbər 3339 dəfə oxunub