XƏBƏRLƏR




- 6/11/2015 “Mənim Dünyam” adlı növbəti satış sərgi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Noyabır ayının 6-da “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Diplomatiya Akademiyasının təşkilatı dəstəyi və Akademiyanın bir qurup gənc tələbələrinin təşəbüsü ilə Fiziki məhdud istedadli insanların “Mənim Dünyam” adlı növbəti satış sərgisin təşkil etmişdir. Sərgidə İ.Ə.İ.B-nin üzvləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin yetirmələri olan gənc müəlliflərin də əl işləri sərgilənirdi. Sərgidə rəsm, kərgüzarlıq, toxunma, taxta üzərində yonma və Milli simvollara aid əsərlərin nümaişi və satışı da nəzərdə tutulub. Sərgidə əsasən birinci qrup fiziki məhdudiyyəti olan müəlliflərin əsəri nümayiş olunub.
“İstedadlı Əlillər” İB-i sərgilər və ya satış-sərgilər təşkil etməkdə məqsədi əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirmək, müəllifləri tanıtmaq, gələcək fəaliyyətlərini inkişaf etdirmək üçün onlara stimul verici şərait yaratmaq və maddi təminatlarının yaxşılaşmasına dəstək olmaqdır.
Davud Rəhimli
Bu xəbər 2579 dəfə oxunub