XƏBƏRLƏR




- 4/11/2015 Fond seçkilərlə bağlı hesabat verdi.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS - RELİZ № 15
“Avropa Demokratiya və İnsan Haqları” Fondunun
01 noyabr 2015-ci il tarixində, Azərbaycan Milli Məclisinə
keçirilmiş seçkilərin monitorinqinə dair hazırladığı hesabatı
“Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupu, 3 noyabr 2015-ci il tarixində, Mətbuat konfransı keçirdərək, Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin monitorinqinə dair hazırladığı hesabatı təqdim etdi.
“Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupunun rəhbəri Məcid Məmmədov keçirilən mətbuat konfransında bildirdi ki, “Avropa Demokratiya və İnsan Haqları” Fondu 19.07.2013-cü il tarixində, Hollandiya Krallığında dövlət qeydiyatına alınaraq rəsmi fəaliyyətə başlamışdır.
“Avropa Demokratiya və İnsan Haqları” Fondu, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçərək, 01 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Respublikanın bütün ərazisi üzrə 10 nəfər heyətlə müşahidəçilik missiyasını həyata keçirmişdir.
“Avropa Demokratiya və İnsan Haqları” Fondunun seçki qərargahı tərəfindən, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın 35 şəhər və rayonlarının Seçki Dairələrində və məntəqələrində, seçkidən öncə və seçki günü aparılmış monitorinqin nəticələri göstərir ki, Azərbaycanda əlverişli seçki mühti yaradılaraq, Azərbaycanda seçki qanunvericiliyi çərçivəsində ədalətli seçkilərin keçirilməsi üçün seçki məntəqələrində, seçki prosedurası tam təmin edildiyi üçün hər hansı ciddi nöqsan aşkarlanmamışdır. Yerlədə bütün deputatlığa namizədlər üçün, seçkiqabağı təşviqat dövründə sərbəst toplaşma azadlığı təmin edilərək namizədlərin öz seçiciləri ilə istənilən görüşləri təşkil olunmasına hər cür şərait yaradılmışdır.
Milli Məclisə namizədliyi qeydiyata alınmış bütün namizədlər, Kütləvi İnformasiya Vasitələrində, xususəndə elektron informasiya portallarından maniyəsiz olaraq istifadə edərək, özləri və seçki platformalar haqqında təbliğat-təşviqat işləri aparmşlar.
Mərkəzi Seçki Komissiyası ölkə üzrə təqvim planına uyğun olaraq bütün tədbirləri vaxtında yerinə yetirib və daha məhsuldar işləmiş və deputatlığa namizədlərin sənədlərinin yoxlanması və qeydə alınması prosesi də operativ şəkildə həyata keçirmişdir.
“Avropa Demokratiya və İnsan Haqları” Fondunun müşahidəçi monitorinq qrupu, Azərbaycanın aşağıda adları göstərilən şəhər və rayonlarının 8 seçki dairələrində və 123 seçki məntəqələrində seçkidən öncə və seçkilər günü monitorinq apararaq, keçirilmiş seçkiləri yaxından izləmişdir.
1. Seçki dairələri üzrə ən ağır və 55 rayonda müvəqqəti məskunlaşımış məcburi köçkün ailələrinin seçiciləri üçün fəaliyyət göstərən və 82 seçki məntəqəsi üzrə 42.999 nəfər seçisi olan 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd Seçki Dairəsinin 35 seçki məntəqəsi.
2. 30 daimi, iki hərbi hissədə fəaliyyət göstərən və 38580 seçisi olan, 29 saylı Səbail Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi.
3. 23 saylı Səbail-Nəsimi Seçki Dairəsi üzrə 18 seçki məntəqəsi.
4. 8 saylı Binəqədi rayon birinci Seçki Dairəsi üzrə 47834 seçisi olan, 40 seçki məntəqəsindən 18 seçki məntəqəsi.
5. 20 saylı Nərimanov rayon ikinci Seçki Dairəsi üzrə 11 seçki məntəqəsi.
6. 26 saylı Sabunçu rayon Seçki Dairəsi üzrə 37 məntəqəsindən, 12 seçki məntəqəsi.
7. 81 saylı Beyləqan Seçki Dairəsi üzrə 15 seçki məntəqəsi.
8. 38 saylı Nizami iknci (Gəncə) Seçki Dairəsi üzrə 15 seçki məntəqəsi.
Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyaları, Azərbaycanda parlament seçkiləri hazırlığını yüksək səviyyədə təşkil etdiyi üçün, hər hansı ciddi çatışmamazlıq və nöqsanla rastlaşmadıq. Biz, 1 noyabrda Milli Məclisə keçirilmiş seçkilərin şəffaf və demokratik keçirildiyinin şahidi olduq. Bütün seçki məntəqələrinin hər birində seçki günü müxtəlif siyasi partiyaların, bitərəf namizədlərin və beyəlxalq təşkilatların 20 və 30 nümayəndəsi müşhidəçi kimi iştirak edərək seçkiləri yaxından izləmişdir.
“Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupunun digər üzvlərindən Ateş Türkoğlu və başqaları çıxış edərək, bildirdilər ki, keçirilmiş müşahidələrə əsasən, Dairə Seçki Komissiyasları arasında, 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd Seçki Dairəsi, 29 saylı Səbail Seçki Dairəsi, 8 saylı Binəqədi rayon birinci Seçki Dairəsi və 20 saylı Nərimanov rayon ikinci Seçki Dairələrində seçki qanunvericiliyi çərçivəsində seçki prosedurasına tam əməl edildiyi üçün hər hansı ciddi nöqsan aşkarlanmadığı və ən çox seçicinini seçkilərdə fəal iştirak etmiş nümunəvi seçki dairələi kimi fərqəlnmişdir.
Müşahidələrimizə əsasən “Avropa Demokratiya və İnsan Haqları” Fondu bəyan edir ki, Dairə Seçki Komissiyalarında və seçki məntəqələrində seçki prosesində, baş vermiş qüsur və nöqsanların bütövlükdə seçki prosesinin demokratikliynə xələl gətirmədiyini təsdiq edir.
Buna görə də, “Avropa Demokratiya və İnsan Haqları” Fondu Azərbaycanda 1 noyabr 2015 - ci il tarixində, Milli Məclisə keçirilmiş seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyi qənaətindədir.
“Avropa Demokratiya və İnsan Haqları”
Fondunun Mətbuat İnformasiya Mərkəzi
Bu xəbər 2569 dəfə oxunub