06 Fevral 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/10/2015 “Əlillərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi”


"Ülfət” Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi Azərbayacan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi adlı layihəsinin ictimai müzakirəsi davam etdir.
 
 “2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi”ictimai müzakirədə QHT və müxtəlif idarə və müəssisələrin işçiləri, gənclər, ictimai fəallar iştirak edib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Səbinə Kərimova layihə barədə tədbir iştirakçılarına məlumat verib.O,layihənin əlil secicilərin parlament seçkilərində daha da aktiv iştirakına təkan vereceyini qeyd edib. 
 Layihə əlil seçicilərin fəallığının artırılması, onların seçki prosesinə cəlb edilməsi, maarifləndirilməsindən bəhs edir. Bununla da əlillərin seçki hüququnun müdafiəsi və seçkilərin şəffalığına yardım edilməsi təmin ediləcəyini vurqulayıb. Əlillərə bu günki problemlərini də işıqlandıraraq,öz hüquqlarının tələb etməyə caqırıb.Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Sevda Əliyeva geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına qəbul olunan qanunlar,seçki məcəlləsi,konstutusiyası,ölkəmizin BMT-nin qarşısında əlil hüquqlarına dair götürdüyü öhdəlikərdən geniş danışıb.
 Layihənin ekspertlər şurasının üzvü Yusif Kərimov iştirakçılara Milli məclisin yaranma tarixini və Seçki hüququ haqqında geniş məruzə edib.O bildirib ki, Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçillməsində iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür. 
 Əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24 ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi. Sonra layihənin ekspertlər şurasının üzvü, Azər Rəşidov çıxış etdi. 
 O, Seçki hüququnun anlayışı,əhəmiyyəti və prinsiplərindən danışıb. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir.Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının işlənib hazırlanması prosesinə də başlanılmışdır.
 Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini ¬legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır deyə vurğulayıb. Daha sonra digər tədbir iştirakçıları çıxış ediblər. Çıxışçılar hər biri öz fikirlərini bölüşərək, tədbirin əhəmiyyətindən danışdılar.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2486 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/2/2023- Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub

» 2/2/2023- Milli Məclisdə ictimai dinləmə keçirilir

» 2/2/2023- Qrant müsabiqəsi elan edildi - ELAN

» 2/2/2023- 2 fevral Gənclər günü

» 2/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2023- “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!

» 30/1/2023- Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib

» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE

» 19/1/2023- “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir