27 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/10/2015 "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması”


“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması”adlı layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim edib.

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev, layihənin mətbuat katibi Elnarə Məhərrəmova, layihənin hüquqşünası Məmmədhəsən Həsənov, layihənin eksperti Səkinə Məmmədova, layihənin monitorinq qrupunun üzvləri Şəkərxanim Əliyeva və Fikrət Xəlilov çıxış edərək, layihə haqqında məlumat verdilər. Onlar qeyd etdilər ki, məlum olduğu kimi, Azərbaycan iqtisadi tərəqqi tempinə görə dünyada lider mövqeyini ilbəil qoruyub saxlayan və dayanıqlı sosial – iqtisadi inkişafın təmin olunduğu bir ölkədir. Bütün sahələrdə olduğu kimi ölkəmizdə də tibb sahəsində böyük irəliləyişlərə nail olunub. Yeni klinikaların tikilməsi, köhnə klinika və poliklinikaların yüksək səviyyədə təmir olunub ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi dediklərimizə əyani sübutdur. Bütün bunlarla yanaşı hələ də həllini tapmayan problemlər vardır. Bunlardan biri də əlillərlə bağlıdır.

Buna görə də bu problemlərin aradan kaldırılması üçün “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi əlillərin mütəmadi olaraq müraciət etdikləri tibb müəssisələrində əlillərə xidmətlə bağlı monitorinq aparmaq niyyətindədir. Təşkilat hesab edir ki, monitorinqlər özünün müsbət nəticəsini verəcəkdir, başqa sözlə desək tibb müəssisələrdə əlillərə qarşı münasibət yaxşılığa doğru dəyişəcəkdir. Monitorinqlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının tabeçiliyində olan tibb müəssisələri və sanatoriyalarda, habelə Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan reabilitasiya mərkəzlərində əlillərə xidmətlə bağlı monitorinqlərin aparılması nəzərdə tutulur.

Tibb müəssisələrində monitorinqlərin aparılması, əlil insanlarla görüşlərin keçirilməsi, əlilliyi olan insanlar arasında sorğuların aparılması, göstərilən tibb xidməti haqqında toplanan məlumatlar və monitorinqlərin nəticələri haqqında Səhiyyə Nazirliyinə, monitorinq aparılan tibb müəssisələrinin rəhbərliyinə məlumatlar veriləcəkdir. Bununla bərabər sayt və qəzetlərdə layihənin gedişinin işıqlandırılacağını bildiriblər.

Layihənin əsas məqsədi, Fiziki qüsurlu insanların və vətəndaşların tibb müəssisələrində göstərilən xidmətin və “Əlillərin Sosial Müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun həmin məsələlərdə icra olunmasının keyfiyyətindən və bu istiqamətdə olan çatışmamazlıqların monitorinq vasitəsi ilə aşkara çıxarılması və onların aradan qaldırılmasıdır.

Bir saat davam edən müzakirələrdə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsi, Rabitə Nazirliyi və bir sıra İctimai Birliklərin təmsilçiləri maraqlı fikir və problemin həlli istiqamətində təkliflərlə çıxış ediblər.

 

Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Məhdud hərəkətli insanların və vətəndaşların səhiyyə xidmətindən istifadəsinin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması” layihəsinin həyata keçirilməsi ilə bağlı konfrans keçirilib. 

BİZ ÇALIŞACAĞIQ Kİ ,SÖZÜ GEDÖN LAHİYƏ İLƏ BÜTÜN AZƏRBAYCAN XALQINA GÖSTƏRİLƏN TİBBİ XİDMƏT ,DAHADA YAXŞILAŞSIN , LAHİYƏNİN YEKONU OLARAQSA VERƏCƏYİMİZ TƏKLİFLƏRİN ƏN VACİBİ , VƏTƏNDAŞLARIN TİBBİ SĞORTASI TƏMİN OLUNSUN , BELƏ Kİ HƏLLƏ 1999 CU İLİN ƏVVƏLİNDƏ ULU ÖNDƏR H. ƏLİYEV TİBBİ SĞORTANIN TƏTBİQ OLUNMASI İLƏ ƏLAQƏDƏR SƏRƏNCAM İMZALAMIŞDIR .

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2434 dəfə oxunub




Flag Counter






» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/1/2022- Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib