11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/8/2015 Yardımlı rayonunda Günərzi Qayğı Mərkəzi yaradılmışdır


PRESS RELİZ

   Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Əlil Təşkilatlari İttifaqi”(ƏTİ) “Yardımlı rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin qalibi olmuşdur. Layihənin ümumi məramı dağlıq bölgədə yerləşən Yardımlı rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir. “Əlil Təşkilatlari İttifaqi” (ƏTİ) 9 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərcivəsində  Yardımlı rayonunda Günərzi Qayğı Mərkəzi yaradılmış və  3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir.  GQM-nə cəlb olunan uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. GQM-də uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Günərzi qayğı mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılmış, onların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşqələlər təşkil edilmiş, gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilmişdir. Qeyd edilmişdir ki, mərkəzin işçi heyətinin bacarıqlarının inkişafı üçün seminar və treniqlərin təşkili, GQM cəlb olunacaq uşaqların müəyyən edilməsi və fərdi qayğı planın tərtibi, mərkəzə cəlb edilmiş uşaqlara göndəlik qayğı və inkişaf xidmətlərinin göstərilməsi, onların  bilik və bacarıqlarının inkişaf etdirilməsi, mərkəzə cəlb edilmiş uşaqlar üçün pedaqoji, psixoloji, yaradıcı xarakterli dərslərin təşkili, mərkəzə cəlb edilmiş uşaqların gündəlik həyat (funksional) vərdişlərini (abilitasiyanı) inkişaf etdirməklə gələcəkdə müstəqil yaşamaq imkanlarını artırmaqla bağlı müayinələrin aparılması və onlarla sosial iş,  valideynlərin sosial  reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı bacarıqlarının inkişafı ilə bağlı treninqlərin təşkili, uşaqların maraq və bacarıqlarından asılı olaraq müxtəlif dərnəklərin təşkili və onlara ev tapşırıqlarının hazırlanmasında köməklik göstərmək, mərkəzə cəlb edilmiş uşaqların İTK-dan istifadə və koqnitiv bacarıqlarının inkişafı ilə bağlı dərslərin təşkili barəsində əhaliyə məlumatların çatdırılması iştirakçılar arasında maraq doğurmuşdur. Yardımlı rayonu ərazisində yaşayan uşaqların dövlət uşaq müəssisəsinə düşməsinin qarşısının alınması üçün valideynlərlə söhbətlər aparılmış, təlimlər keçirilmiş, müvafiq məsləhətlər verilmiş və onlaın problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılmış, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınmışdır. 37 uşağın valideyni isə ailə vəziyyətləri cətin həyat şəraitində olduğu üçün uşaqlarının Yardımlı rayon GQM-nə götürülməsinə dair yazılı müraciət etmişlər. Layihə ilə əlaqədar GQM -nə sosial xidmətə götürülmüş uşaqların valideyinləri, eləcə də həmin ərazidə yaşayan əhali üçün     layihənin məqsədi, vəzifələri, layihə çərçivəsində görüləcək işlər barəsində, layihə üzrə fəaliyyəti əks etdirən fotoşəkillər və sosial xidmət qanunvericiliyinin ümumi müddəaları haqqında məlumatlar daxil edilmiş məlumatlandırma sesiyaları təşkil olunmuşdur.

Layihə meneceri, “Əlil Təşkilatlari İttifaqinən”(ƏTİ) "prezidenti Davud Rəhimli işçi qrupunun dəstəyi ilə ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi Qayğı Mərkəzinin inkişaf prespiktivləri haqqında davamlı olaraq müzakirələr təşkil edir, əhali arasında maarifləndirilmə işləri aparılır. Müzakirələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, QHT və KİV nümayəndələri, əlilliyi olan şəxslərin təşkilatları iştirak etmiş, rəy və təkliflər verilmişdir.

Təşkilat haqqında məlumat: www.udpo.az                                 Mətbuat xidməti: 11. avqust 2015

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1835 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi