11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/7/2015 Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.


Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, İranın və Türkiyənin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.

O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.

M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: "Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin tapşırığı ilə dini kitabların çap olunmasına əlavə vəsaitlər ayrılır. Kitab çapı üçün ayrılmış vəsaitin bir qismi Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib".

Komitə sədrinin fikrincə, İslami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm rol oynayır: "İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək".

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən olan akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması əlamətdar hadisədir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2015 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi