28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/6/2015 Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması QAYDASI


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
14 İyun 2015
 
 

 

№ 216                                    Bakı şəhəri, 5 iyun 2015-ci il

 

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə

 

“Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 5 iyun

tarixli 216 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

 

QAYDASI

 

  1. 1.                  Ümumimüddəalar

 

1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4-cü maddəsinin 4-2-ci hissəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləritərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, Qanunun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (bundan sonra - müqavilə (qərar) qeydə alınmasını tənzimləyir. Bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

1.3. Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən (bundan sonra – qeydiyyat orqanı) həyata keçirilir.

1.4.Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən qeydiyyat orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur.

1.5. Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 (on beş) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanınatəqdim edilməlidir.

1.6. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 (üç) gündən gec olmayaraq, bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən formaya uyğun təqdim olunur.

1.7. Qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.8. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər.

1.9. Qeydiyyat orqanıqeydə alınmış qrant müqavilələri (qərarları) haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidir.

 

2. Müqavilələrin (qərarların)qeydə alınması üçün təqdim

edilən sənədlər

 

2.1. Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün bu Qaydanın 1-4 nömrəli əlavələrində göstərilmiş ərizələrə aşağıdakı sənədlər əlavə olunur:

2.1.1. müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.2. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.3. donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.1.4. müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti;

2.1.5. müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;

2.1.6. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti;

2.1.7. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd;

2.1.8. bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə.

2.2.Bu Qaydanın 2.1.3-cü, 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilir.Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir. Xarici ölkədə tərtib olunmuş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

 

  1. 3.                  Qeydiyyat orqanı tərəfindən araşdırılan məsələlər

 

3.1. Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün aşağıdakılar araşdırılmalıdır:

3.1.1. təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu;

3.1.2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu;

3.1.3. resipiyentin Qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi;

3.1.4. müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;

3.1.5. Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;

3.1.6. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;

3.1.7. qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun Qanunun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş siyahıda olması;

3.1.8. Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi;

3.1.9. müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi.

 

4. Müqavilələrin (qərarların) qeydə alınması qaydası

 

4.1. Qeydiyyat orqanıbu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda,15 (on beş)gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15  (on beş) günədək uzadıla bilər.

4.2. Müqavilənin (qərarın) qeydə alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Qrant müqaviləsi (qərarı) üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

4.3. Qeydiyyat kitabı qalın karton üzlü, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34 sm x 27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrəsini göstərən rəqəmlər göstərilməlidir (məsələn, C1, 2015-ci il, Qrant № 1-50). Qeydiyyat kitabı il tamam olduqda, bağlanır və növbəti il üçün yeni kitab tərtib edilir.

4.4. Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifədən ibarət olan 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar” (donor, resipiyent, müqavilənin tarixi, icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə “Qrant müqaviləsi (qərarı) barədə məlumat” (qrant müqaviləsinin (qərarının) adı, məqsədi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumatlar, qrant müqaviləsinin (qərarının) məbləği, qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu Qaydanın 7 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır.

4.5. Qeydiyyat kitabının hər səhifəsinin sağ yuxarı hissəsində qrantın fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6. Təqdim edilmiş sənədlərdəqeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və  həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddət təyin edir.

 

5. Müqavilələrin (qərarların) qeydiyyatından imtina edilməsi halları

 

5.1. Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından aşağıdakı hallarda imtina edilir:

5.1.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2. bu Qaydanın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;

5.1.3. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

5.1.4. qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4327 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib