01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/6/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) növbəti tədbiri


 Təhsil Problemləri İnstitutunda (TPİ) “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib.
 
qhtxeber.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən seminarda institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov son illər ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. 
 
O, sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu deyib: “Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür, bu uşaqlar dövlət qayğısı ilə əhatə olunub. Bu istiqamətdə bir sıra dövlət sənədləri imzalanıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.
 
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı seminarın əsas məqsədinin eşitmə və nitq qüsurlu uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesinin sürətləndirilməsi, mövcud problemlərin optimal həll yolları və qabaqcıl təcrübənin öyrənilməsi olduğunu vurğulayıb. 
 
Layihənin aktuallığı və əhəmiyyətindən söz açan R. Rasimqızı rəhbərlik etdiyi qurumun gördüyü işlər, qarşıya qoyduğu məqsədlər barədə də danışıb. Ölkə üzrə statistik göstəriciləri diqqətə çatdıran qurum sədri sağlamlıq imkanları məhdudluğu müəyyənləşdirilmiş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyətinin tamamilə olmadığını, 3329 nəfərdə bunun zəif olduğunu, 6152 nəfərin nitq qabiliyyətində müəyyən problemlərin mövcudluğunu bildirib. Bu qəbildən olan şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik müasir reabilitasiya və təhsil müəssisələrinə ehtiyac olduğu vurğulanıb.
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov 18 iyun – İnsan Hüquqları Günü və Ombudsman tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova inklüziyanın bütün təhsil pillələrində əks olunacağı təqdirdə cəmiyyətdə maariflənmənin əhəmiyyətindən danışıb. 
 
Seminarda Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev “Ağır dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasında koxliyar implantasiya (daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu və əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda eşitmə ilə bağlı problemlər və onların qarşısının alınması istiqamətində görüləcək işlər, qulaq xəstəliklərinin növləri, müxtəlif yaşlarda eşitmənin dərəcəsi, eşitmə sistemləri, eşitmə cihazları, orta qulaq implantatlari, sümük keçiriciliyi ilə eşitmə cihazları, Koxlear implantasiya barədə maraqlı məlumatlar verib, iştirakçıların suallarını cavablandırıb. 
 
Sonra bu sahə üzrə mütəxəssislərin “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlarda inklüziv təhsil: mövcud çətinliklər, səbəbləri və həlli yolları”, “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlar üçün tədris proqramlarının və dərs vəsaitlərinin hazırkı vəziyyəti”, “Məktəbəqədər inklüziya: reallıqlar və perspektivləri”, “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyasında və inklüziv təhsil imkanlarının artırılmasında müəllim-valideyn əməkdaşlığının rolu” mövzularında təqdimatları olub. 
 
Tədbirdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən bir qrup fəala diplom və təşəkkürnamələr təqdim edilib.Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3166 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!