01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/5/2015 “Oriqami” Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.


“Oriqami” Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili”  layihəsinin icrasını davam etdirir. 
 
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mütəmadi olaraq sağlamlığında məhdudiyyəti olan şəxslərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunmasına, onların bədii yaradıcılığa cəlb edilməsi, təhsilə maraqların artırılması, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasına istiqamətlənmiş  layihələri dəstəkləyir. Bu səpgili layihələrin məqsədi həssas qrupdan olan insanların vətəndaş cəmiyyətinin qurulmasında rolunu aktivləşdirməkdir. 
 
“Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Oriqami” tərəfindən Suraxanı rayonunun qəsəbələri əhatə olunmaqla həvəs, meyl və maraqlarına uyğun olaraq bir qrup sağlamlıq imkanları məhdud olan şəxslər müəyyən edilib ( 40 nəfər), onlarla əvvəlcədən tərtib edilmiş iş qrafikinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb. “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili”  layihəsi individual və qrup məşğələləri formasında təşkil olunur. Məşğələlər  fərdlərin qabiliyyət və bacarıqlarının üzə çıxarılmasına hədəflənir. Əlil uşaqların təhsilə maraqlarının artırılması və bacarıqlarının inkişafı üçün “Oriqami”nin malik olduğu geniş çeşiddə xüsusi inkişafedici vasitələrdən, trenajorlardan, yardımçı qurğulardan istifadə olunur. 
 
Layihə çərçivəsində görülən işlərin metodik əsasları interaktiv məşğuliyyət növləri, rollu və situativ oyunlar, bilik və qabiliyyətin inkişafına yönəlmiş kiçik əmək tapşırıqları, bilik və bacarıq viktorinalarıdır. Layihənin icrası zamanı əldə olunmuş ilk nəticələr çox maraqlı olmaqla yanaşı əlil uşaqların pozitiv irəliləyişindən xəbər verir. Oriqami layihə qrupu tərəfindən  Layihənin icrası davam etdirilir və ümid edirik ki, əlil uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində daha böyük nailiyyətlər əldə etmək mümkün olacaq.
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2479 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!