01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/5/2015 Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti sərgi


qhtxeber.az//  “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasıyasına dəstək” adlı layihəsini uğurla davam etdirir.

 
qhtxeber.az-ın məlumatına görə, layihə fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası ilə bağlı problemlərə həsr olunub. Layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi və üzə çıxarılması işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiyası missiyası da görüləcək işlər siyahısında yer alıb. 
 
Layihənin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək, sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdir. Fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasındadır.
 
Layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “İstedadlı Əlillər” İctimai Birliyinin II və III qrup əlillərinin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.    6-55 yaşarası əlil insanların əl işlərinin nümayiş olunduğu satış sərgisinə 200-dək nümunə çıxarılıb. Bunlar taxtadan oymalar, xovlu-xovsuz xalçalar, yağlı boya ilə işlənən sadə və rəngli rəsm işləridir.
 
Sərginin keçirilməsində əsas məqsəd fiziki qüsurlu insanlara həm maddi, həm mənəvi dəstək olmaqdır.
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2616 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!