15 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/12/2014 “Eşitmə və nitq qabiliyyəti zəif olan və ya olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekun hesabatı


“Eşitmə və nitq qabiliyyəti zəif olan və ya olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekun hesabatı 

 

Tarix: 2014-12-17

Layihənin əsas məqsədi kimi eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlara surdaloji xidmət mərkəzi yaradılmaqla həmin uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi və surda-tərcüməçi ixtisasının inkişaf etdirilməsi üçün təlimlərin təşkilindən, eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində təkliflərin verilməsi müəyyən edilmişdir. 6 ay müddətində həyata keçirilmiş layihə çərcivəsində eşitmə və nitq qabiliyyəti olmayan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılmış, surdo-tərcüməçi ixtisası üzrə peşə hazılğı ilə bağlı kurslar təşkil edilmiş, “Eшитмя вя нитг габилиййяти олмайан ушагларын тядрис-тярбийя методолоэийасы” kitabı nəşr edilmiş, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinə sosial – hüquqi məsləhət xidmətləri göstərilmişdir. Layihənin icra planına uyğun olaraq 17 dekabr 2014-cü il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə ilə bağlı yekun tədbir keçirilmişdir. Tədbirdə layihənin icrasına dair hesabat verilmiş, “Eшитмя вя нитг габилиййяти олмайан ушагларын тядрис-тярбийя методолоэийасы” kitabının və SHAİB-in rəsmi internet saytının (www.rsr.az) təqdimatı olmuş, jest dili kursunu bitirənlərə sertifikatlar təqdim olunmuşdur. Tədbiri giriş sözü ilə “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihə çərçivəsində görülmüş işlər haqqında məlumat vermişdir. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sosial xidmətin təşkili sektorunun müdiri Vüqar Behbudov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının prezdineti Davud Rəhimli və digərləri çıxış etmişlər. Müzakirələr nəticəsində layihənin əhəmiyyəti və onun gələcəkdə davamlı olmasının zəruriliyi vurğulanmışdır. Layihənin nəticəsi olaraq hazırlanmış geniş təkliflər paketi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2901 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi