01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/11/2014 20 noyabr Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür.


№ 06./08                                 Bakı – 20.11. 2014 saat 10.30 -da

                                         

                                                                  . 

                            PRESS RELİZ

 

“Autizm  Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən  “Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini icra edir.                     

                        Layihənin əhatə etdiyi şəhər  - Bakı şəhəri

AZƏRBAYCANDA  AUTIZM  SINDROMLU   UŞAQLARIN VƏ ONLARIN VALİDEYNLƏRİNİN  QARŞILAŞDIQLARI ƏSAS PROBLEMLƏR və onların həllinə dair təkliflər-Suraxanı rayonu-

Gənclər evi-Tədbir Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir

Bu təkliflər paketi Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsi “çərçivəsində  “Azərbaycanda autizm problemi və autizm sindromlu uşaqların və onların valideynlərinin qarşılaşdıqları əsas problemlərin həllinə dair təkliflər”   mövzusunda keçirilən geniş İctimai müzakirədir. Tədbirin  sonunda tədbir  iştirakçıları və valideynlərin  imzası ilə təsdiq edilərək  müzakirə üçün  Milli Məclisə və aidiyyatı qurumlara  göndəriləcək.

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq işlənib hazırlanmış, sosial xidmət sahəsində dövlət sifarişləri üzrə élan edilmiş  “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi” layihəsində iştirak edən   Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi qalib elan edilmiş və 01.07.2014-cü il tarixdə layihənin icrasına başlamışdır. Layihənin icrasında əlli nəfər autizmdən əziyyət çəkən uşaq reabilitasiya olunaraq cəmiyyətə adaptasiya yönümündə xüsisi təlimlər  alır.  

20 noyabr  Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən , hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Ən pisi odur ki, ölümlə nəticələnən həmin xəstəliklərin çoxu asanlıqla aradan qaldırıla bilənlərdi. Lakin yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq bununla mübarizə aparmağa maneçilik törədir. BMT-nin uşaq fondu ana bətnindən yeniyetmə yaşına qədər uşaq sağlamlığının bütün sahələri üzrə geniş işlər həyata keçirir.            

     Ölkəmizdə autizm sindromu ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Getdikcə autizm sindromlu uşaqların sayı artır və nədən yaranmasının elmə məlum olmaması lakin reabilitasiyasının xüsusi təlimlərlə mümkünlüyü aşkar olmuşdur. Azərbaycanda bu sahədə işlərin başlanğıcı qoyulmuşdur.Artıq autizm problemi dövlətin nəzarətindədir.  Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. “Dünyada təxminən 60-70 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Ölkə ilə bağlı bizim təşkilatımızın da statistikası var. Biz qeyri-hökumət təşkilatı olduğumuzdan, statisktikamız rəsmi rəqəm hesab olunmur. Ayrıca, nəzərə alaq ki, diaqnoz məsləsində problemlər çox yaşanır. Bizim araşdırmamıza görə, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların sayı təxminən 4 minə çatmaq üzrədir. Təkcə bizim təşkilatın qeydiyyatında  1000-ə yaxın autizm sindromu olan uşaq var. Onlar fərdi və qrup məşğələləri şəklində mütəmadi olaraq xüsusi təlim almalıdırlar ki,cəmiyyətə adaptasiya olunaraq normal insanlar kimi yaşaya bilsinlir.        XXI əsrin psixoloji  və  əqli problemi olan Autizm qlobal  olaraq Respublikamızda da  həlli vacib məsələlərdən biridir.Bütün  inkişaf etmiş ölkələrdə Autizm Araşdırma və Bərpa Mərkəzləri fəaliyyət göstərir.Azərbaycanda Autizm sindromlu övladı olan valideynlər xarici  ölkələrə üz tuturlar.Bu problemlərini xarici ölkələrdə  həll etməyi üstün tutan və orada yaşamağı seçən valideynlər çoxdur.Autizm sindromlu övladı olan ailələr bir sıra problemlərlə üzləşərək  çıxılmaz vəziyyətə düşərək autizmləşirlər.

Tədbirin keçiriləcəyi ünvan: Bakı şəhəri,Suraxanı rayonu,S.Bəhlulzadə küç.Suraxanı rayon Gənclər evi(Suraxanı Məhkəməsinin  yanında )

Əlaqə tel:0124770666,(050) 370 23 48,(055)347 99 51

 

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”Ictimai Birliyinin  (ADPYM) Mətbuat xidməti



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3126 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!