26 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/11/2014 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür.


Azərbaycanda gözdən əlillər dövlət qayğısı ilə əhatə olunub

 

   13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür. Dinamik iqtisadi tərəqqi dövrünü yaşayan ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də  sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır.  
   Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.
   Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
   ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.
 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3075 dəfə oxunub




Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!