08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/8/2014 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.


 

qhtxeber.az//  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.

Bu layihə “Mina Qurbanlarına Yardım” strategiyası çərçivəsində həyata keçirilir.

 

qhtxeber.az-ın məlumatına görə, 2008-ci ildən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı “Mina Partlayışı Zamanı Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsi, ANAMA (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik), AzCBL (Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi) və s. kimi qurumlarla müzakirələr aparıb. Bu müzakirələrdən aydın olub ki, respublika ərazisində minalara qarşı mübarizə aparan qurumlar əsasən mina və PHS partlayışı nəticəsində əlil olmuş insanlarla daha çox layihələr həyata keçirirlər. Ailə başçılarını mina/PHS partlayışı nəticəsində itirmiş ailələrə sosial dayaq kimi əsasən dövlət tərəfindən ayrılmış müvafiq pensiyaları real olaraq ailəyə dəstək kimi göstərmək olar. 

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti belə ailələrin sosial durumu üzrə tədqiqata başlayıb. Tədqiqat üçün əsas dəstək ANAMA tərəfindən Milli Cəmiyyətə təqdim olunan mina/PHS partlayışı zamanı əlil olmuş insanların siyahısı olub. Bu siyahı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti partlayış nəticəsində dünyasını dəyişmiş ailə başçılarının hazırkı ailə şəraitinin qiymətləndirilməsi prosesini həyata keçirib. 2008, 2009, 2010, 2011, 2012 2014-cü illər ərzində Tərtər, Qazax, Ağstafa, Tovuz, Ağdam, Goranboy, Gədəbəy, Füzuli, Ağcabədi və Beyləqan rayonlarında ailələrin qiymətləndirilməsi prosesi təşkil olunub, nəticədə ümumilikdə 86 belə ailəyə sosial dayaq məqsədilə iribuynuzlu heyvan təqdim olunub.

 

2014-cü ildən etibarən isə mina/PHShadisəsi nəticəsində mina qurbanı olmuş, lakin sağ qalaraq əlil olmuş insanların ailələri üçün də sosial dayaq layihəsi həyata keçrilib. 2014-cü ilin avqust ayında Qazax və Tovuz  rayonundan seçilmiş 6 mina qurbanı ailəsinə  iri buynuzlu heyvanlar təqdim olunub. Bu il yardım edilən ailələrlə birlikdə ümumilikdə 98 mina qurbanı ailəsi layihədən yararlanıb.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu layihə çərçivəsində maliyyə dəstəyi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü çatdırıb.

 

Esmira  Rəhimova

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3717 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü