XƏBƏRLƏR




- 30/7/2014 «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
![]() |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanını “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2000, № 10, maddə 716; 2009, № 12, maddə 988; 2010, № 11, maddə 966; 2013, №7, maddə 808) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. həmin Qanunun 3.3-cü maddəsində, 7.1-ci maddəsinin üçüncü cümləsində, 14.3-cü, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü, 16.4-cü, 19.3-cü, 19.4-cü, 19.5-ci maddələrində, 20-ci maddəsinin ikinci cümləsində, 30-1.1-ci, 30-1.2-ci, 31.2-ci, 31.3.2-ci, 31.4-cü, 31.6-cı, 31.7-ci və 32-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması səlahiyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”.
2. 2.3-cü bənddə “31.6-cı” sözləri “31.8-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
|
Bu xəbər 3085 dəfə oxunub