XƏBƏRLƏR




- 14/7/2014 Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
14 июля 2014 [11:24] - YouthPortal.Az

Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional Ofisinin təşəbbüsü ilə “ASAN” Xidmətin yaranmasının iki yaşı münasibətilə Avropa Gənclər Paytaxtında əlilliyi olan gənclər üçün "Sevimli şəhər" turu təşkil edilmişdir.
Avropa Gənclər Paytaxtında əlilliyi olan gənclər üçün təşkil olunan "Sevimli şəhər" adlı layihənin məqsədi fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiya olunması, onların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və özlərinə yeni dost qazanmalarına yardımçı olmaqdır. Tur çərçivəsində iştirakçıların Asan Xidmətə tanışlıq səfəri olmuş daha sonra gənclərin Xan bağı, Nizami məqbərəsi, Heydər Əliyev park kompleksi və digər məkanlara ekskursiyası təşkil edilib və axşam saatlarına qədər istirahətləri təmin edilib.
Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə çıxış edərək bildirmişdir ki : “Bu layihədə əsas məqsədimiz “ASAN” Xidmətin ad günü münasibətilə əlillər üçün ekskursiya təşkil etməkdir, həm də “ASAN Xidmət – şəffaf idarəetmə modeli, vətəndaş məmnuniyyəti və ən əsası yeni Azərbaycan modeli deməkdir. Bugün bu tanışlıq səfərində bir daha əmin olduq ki, burda fiziki qüsurlu şəxslər üçün geniş imkanlar vardır yəni bu xidmət heç bir əngəl tanımır”.
Daha sonra - Gəncə “Asan” Xidmət mərkəzinin direktoru Elnur Rzayev qeyd etmişdir ki: ““Asan” Xidmətin fəaliyyəti göz qabağındadır. Demək olar ki, fəaliyyətə başlayan - 24 dekabr 2013-cü il tarixdən indiyədək 250 mindən artıq vətəndaş Gəncə “Asan” Xidmət Mərkəzinin fəaliyyətindən yararlanıb”.
Qeyd etmək istərdik ki, "Gənc dost" İB, "Pendik ana okulu" Gəncə Uşaq İnkişaf Mərkəzi və Agüloğlu restoranının texniki dəstəyilə həyata keçirilən tədbirdə 30-dən çox əlil vətəndaş iştirak edib.


Bu xəbər 3033 dəfə oxunub