05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
Gülnarə Hüseynova - ƏTİ İdarə Heyətinin sədri


 

 Hüseynova Gülnarə Alxas qızı        

Hüseynova Gülnarə Alxas qızı  1965-ci il aprel ayının 18-də Bakıda anadan olmuşdur. 1972-1982-ci il illərdə orta təhsil almışdır.1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1987-1990-cı illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında işləyib. 1990-1997-ci illərdə Bakı şəhəri 246 saylı orta məktəbdə pedaqoji fəaliyyət göstərib. 1997-ci ildən Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının prezidentidir. 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüdür.

Bakı şəhərində təşkil və icra etdiyi Beynəlxalq Proqramlar, Seminar, Simpozium və  Konfranslar:

2001-2005-Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə  “Əkizlər” Proqramı  çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Türk Hemofiliya Dərnəyi ilə Azərbaycan Hemofiliyalı xəstələrin Assosiyasiyası ilə imzalanmış müqavilə çərçivəsində uğurlu həyata keçən  proqramın koordinatoru;

2005-2007-ci illər üçün hemofiliyalı xəstələrə Milli Qayğı Proqramı çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi və Dünya Hemofiliya Federasiyası arasında Memorandum müqaviləsinin imzalanmasının təşkilatçısı və proqramın koordinatoru;

2001-Hemofiliya probleminə dair Simpozium- Türkiyə, Kanada, İrlandiya  mütəxəssislərinin iştirakı ilə;

2003-Qafqaz Hemofiliya Alyansının Konfransı-Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İran, Kanada, İrlandiya mütəxəssislərinin iştirakı ilə;

2006-Azərbaycan Hemofiliya problemlərinə dair Konfrans-Türkiyə,Rusiya,Kanada mütəxəssislərinin iştirakı ilə ;

2006-İdarəetməyə dair seminar-Rusiya,Türkiyə,İran,Kanada mütəxəssislərinin iştirakı ilə;

2007-Hemofiliyanın müasir üsullarla müayinə və müalicəsi.Rusiya,Türkiyə,Kanada mütəxəssislərinin iştirakı ilə;

2008-Hemofilya sahəsində ortoped,fizioterapevt və hemotoloqlar üçün Simpozium.Kanada,İtaliya mütəxəssislərinin iştirakı ilə keçirilən konfranslarda iştirak etmişdir.

Bakı şəhərində və ölkənin digər regionlarında təşkil və icra etdiyi proqramlar,tədbir və seminarlar:

1997-ci ildə Azərbaycanda Donor Qanının tədarükünün təbliğinə və təşkilinə əsas qoymuşdur.

1999-2003-cü illərdə Gəncə, Şəki, Lənkəran, Quba, Ucar, Əlibayramlı, Naxçıvan MR-da hemofiliya problemlərinə dair Rayon Mərkəzi Xəstəxanalarında seminarlar və görüşlər keçirilmişdir.

2000-2008-ci illər Bakı şəhərində illik konfranslar, aylıq görüşlərin təşkili.

2003-“Gələcəyə çağırış”adlı proqramın koordinatoru.

1999-2008-ci illər-Hər il mütəmadi olaraq 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirlərin təşkilatçısı və aparıcısı.

Uğurlu layihələr: Assosiyasiya Dünya Hemofiliya Federasiyası ilə fəal  əməkdaşlıq edir.

2004-2008-Ümumdünya Hemofiliya Federasiyasiyasının egidası altında bütün dünyanın iştirak etdiyi  Proqress üçün  Qlobal üçün Qlobal Alyans Proqramı (GAP) uğurla həyata keçirib. Bu proqram çərçivəsində Azərbaycanın tibb bacıları, laborant və həkimlərin Türkiyədə təkmilləşmə  kursları təşkil olunmuşdur.Türkiyədə təkmilləşmə  kursları təşkil olunmuşdur. Türkiyədən və başqa ölkələrdən bahalı dərman preparatları,tibbi və laborator avadanlıq almışdır.Hemofiliya sahəsində xarici dövlətlərdə Səhiyyə Nazirliyinin mütəxəssislərini Dünya Hemofiliya Konqreslərində, Simpozium və seminarlarda iştirakını təmin etmişdir, həmçinin ölkəmizdə konfrans və seminarlar təşkil etmişdir.

 Mükafatlar və sertifikatlar. 1998-ci ildə ilk dəfə olaraq Niderlandın  Haaqa şəhərində XXIII Ümumdünya  Hemofiliya Konqresində Azərbaycanın yeganə təmsilçisi olmuşdur.1999-cu ildə İspaniyanin Mursia şəhərində növbəti keçirilmiş konfransda  Assosiyasiya Avropa Hemofiliya Konsorsiumuna üzv qəbul edilmişdir. 21 İyul 2000-ci ildə tarixində Ümumdünya Hemofiliya Federasiyasına həqiqi üzv qəbul edilmişdir. 2001-2004-cü illərdə Türkiyə Hemofiliya Dərnəyi ilə 3 illik müqavilə “Twinning”çərçivəsində əməkdaşlıq etmişdir.  2004-2008-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Dünya  Hemofiliya Federasiyası arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində Proqress üçün Qlobal Alyans “GAP” adlı Beynəlxalq Proqramını uğurla həyata keçirdiyinə görə 2010-cu ildə Argentinanın Buenos Ayres şəhərində Dünya Hemofiliya Konqressində Hemofiliyalı xəstələrin Respublika Assosiyasiyası Federasiyasının prezidenti cənab Mark Skinner tərəfindən təşəkkür Diplomu ilə təltif edilmişdir. 2012-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Dünya Hemofiliya Konqresində Azərbaycanı layiqincə təmsil edərək  hemofiliyalı xəstələrin Respublika Assosiyası yeni beynəlxalq əlaqələr qurmuşdur və İsveçrənin Novo Nordisk Hemofiliya Fondu ilə yeni layihəyə imza atmışdır. Genetik xəstəliklərin qarşısının alınması məqsədi ilə əhali arasında təbliğat və təşviqatın təşkilatçısı. Hemofiliya və genetik xəstəliklər haqqında 1 sosial rolik, 4 sənədli filmin müəllifi. Hemofiliyanın müalicəsinə dair 3 kitab tərcümə edilmişdir, 6 broşur, 4 informasiya bülluteninin müəllifi.600-dən çox TV,Radio çıxışları və qəzet məqalələrinin müəllifi.

Dillərin biliyi: Azərbaycan:(Əla);Rus:(Əla)İngilis:(Kafi )

Kompyuter biliyi:Windows,Word,Excel,PowerPoint        

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4335 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü