23 Sentyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/4/2014 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərini minik avtomobilləri ilə təmin edib (VİDEO)


16.04.2014
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərini minik avtomobilləri ilə təmin edib (VİDEO)

 

   Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq, aprelin 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib. Həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.
   Beləliklə də, 2014-cü ilin 01 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaqdır.
Avtomobillərin açar və sənədlərinin təqdim olunması zamanı Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.
   Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti Prezident qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 
 
 
   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3170 dəfə oxunub




Flag Counter






» 20/9/2023- Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu – MN-dən SON DƏQİQƏ MƏLUMATI

» 19/9/2023- Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb

» 19/9/2023- Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavəndə polis əməkdaşlarının minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb.

» 15/9/2023- “Vətən əmanəti” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 15/9/2023- 2024-cü ilin qrant müsabiqələri elan ediləcək, yeni qaydalar təsdiq edildi

» 11/9/2023- UNDP

» 7/9/2023- USAID

» 6/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/9/2023- Vətəndaş cəmiyyəti təşkilatları üçün Layihələrin idarəedilməsi üzrə Proqrama başlanılıb

» 4/9/2023- Filenin Sultanları şampiyon!

» 4/9/2023- “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin növbəti tədbiri

» 2/9/2023- Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.

» 1/9/2023- Qarabağ Regional DOST Mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb

» 31/8/2023- Bir sıra QHT-lər Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb

» 30/8/2023- Alternativ hesabatların hazırlanması konsultasiyalarının ikinci fazası

» 30/8/2023- DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyada keçirilən “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçildi

» 28/8/2023- Yeni Dövlət Proqramı social xidmətlərin keyfiyyətinin yüksəlməsinə, ünvanlılığının və davamlılığının təmin olunmasına dəstək verəcək.

» 29/8/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/8/2023- “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Tərtərdə davam edib

» 23/8/2023- Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlib