10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/4/2014 Dünya Hemofiliya Günü


Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası  növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində  təbliğat və maarifləndirmə işləri aparır.

Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki,  bu gün təntənəli qeyd olunur.

 

 Təbliğatın aparılmasında Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi bizimlə mütamadi olaraq birgə fəaliyyət göstərir və bununla əlaqədar Tibb Universitetində tələbələr arasında “Hemofiliya haqqında nə bilirik?” və “Hemofiliya irsi xəstəlikdir” adı altında vərəqə və bukletlər hemofiliyalı uşaqlar tərəfindən paylanacaq və  Azərbaycanda hemofiliya problemi ildən-ilə həll olmaq üzrə olduğu üçün hemofiliya haqqında  əhalini maarifləndirmək  məqsədi ilə 16 Aprel 2014 il  tarixdə saat 12:00 - da Beynəlxalq Mətbuat  Mərkəzində mətbuat konfransı keçirtmişdir. Tədbirdə hökumət, QHT, KİV nümayəndələri, hemofiliyalı şəxslər, onların valideynləri iştirak etmişlər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Ombudsmanın əlilliyi olan şəxslərlə iş üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli, Yasamal rayon Gənlər və İdman idarəsinin rəhbəri, Səhiyyə Nazirliyinin şöbə müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova, hemofiliyalı şəxslər çıxış etmiş və təkliflər vermişlər  

 

 Xatırladaq ki, hemofiliya  irsi qan xəstəliyidir.  Qanın laxtalanma faktorlarının çatışmamazlığı nəticəsində, müalicə olunmadığı təqdirdə  hemofiliyalı uşaq erkən yaşlarında əlil olur və ölümlə üz üzə qalır.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2127 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi