25 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək


PRESS RELİZ

Bakı  şəhəri                                                                                          05 aprel 2014-cü il

        

Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə

tədbirləri təşkil ediləcək

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili”  adlı layihəni həyata keçirir.

Layihənin məqsədi cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin səviyyəsinin artırılması, əlilliyin dərki, insanlara qarşı əlillik və digər əlamətlərə görə hər hansı ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi və bu sahədə müsbət təcrübənin təbliğ edilməsindən ibarətdir.

Layihə çərcivəsində əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, aidiyyəti dövlət qurumlarının, bu qəbildən olan insanları təmsil edən və digər QHT nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində və Beyləqan rayonunda maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Keçirələn həmin tədbirlər nəticəsində BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, habelə ölkəmizin tərəfdar çıxdığı digər beynəlxalq hüquqi və dövlətdaxili aktlar, o cümlədən   müvafiq dövlət proqramları sözügedən əhali qrupu arsında geniş təbliğ ediləcəkdir. Bundan əlavə Birliyin təlimçiləri tərəfindən ƏOŞ-in hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlıq, sosial təminat və sair hüquqlarını, onlara göstərilən sosial xidmətlər və digər vacib məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriləcəkdir. Hüquqi maarifləndirmə işində KİV-lərin imkanlarından istifadə olunması isə onun əhatə dairəsinin daha da genişlənməsinə səbəb olacaqdır. Sonda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi baxımından zəruri hesab olunan strateji əhəmiyyətli sənədlərin (hüquqi aktların, dövlət proqramlarının və s.) layihələri ilə bağlı zəruri təkliflər hazırlanaraq nəzərə alınması üçün aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir.

 

Mətbut xidməti

 

 

 

 

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır.

Təşkilatın  əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir. 

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır:

  • əlilliyi olan şəxslərə  qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək;
  • əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək;
  • əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək və s.

Eyni zamanda Birlik Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, həmçinin beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq edir. Bundan əlavə Birlik elmi araşdırmalar aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir.

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları  Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, “Dünyaya Baxış” (“World Vision”) Beynəlxalq Humanitar Təşkilatının “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan “Hamı üçün bərabər imkanlar” QHT Koalisiyasının üzvüdür.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2924 dəfə oxunub




Flag Counter






» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.