25 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/3/2014 Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir


Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir

 

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir.
   Bununla bağlı olaraq martın 7-də nazirlikdə keçirilən seminarda Fransanın Əlilliyi olan şəxslərlə bağlı departamentinin direktor müavini Yannik Deimat və Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyinin Əlillik və əmək qabiliyyətinin qiymətləndirilməsi üzrə ofisinin rəhbəri Zdislavas Skvarcianiy əlilliyin müəyyən olunması və reabilitasiya sahəsində ölkələrinin təcrübələri barədə məlumat veriblər. Seminarda “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin rezident müşaviri Kristian Moutier də iştirak edib.
   Seminarda nazirliyin əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən əməkdaşları Fransa və Litvada müvafiq sahədə aparılan siyasət, mövcud qanunvericilik, tibbi-sosial ekspertiza xidməti, tibbi-sosial reabilitasiya sistemi barədə geniş məlumatlandırılıb, onların sualları cavablandırılıb.Tədbir zamanı Azərbaycanda əlilliyin müəyyən olunması meyarlarının qiymətləndirilməsi və beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı ekspert tövsiyələri də verilib.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1987 dəfə oxunub




Flag Counter






» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.