XƏBƏRLƏR




- 14/11/2013 Ümumdünya Diabet Günü Azərbaycanda
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi (2000-ci ildən) Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini -ÜDG-nü kimi xüsusi qeyd edir. Artıq son illərdi ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi ÜDG-nün təşəbbüskarı kimi çıxış edir. İctimaiyyət, dövlət və ictimai qurumlar, Azərbaycan Diabet Liqası bu tədbiri dəstəkləyir.
Bu il Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin təşəbbüsü ilə 14 noyabr tarixində Həkimləri Təkmilləşdirilmə İnstitutunda saat 11:00-da tədbir təşkil olunmuşdur. Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirələn tədbirdə Dünya diabet günü ilə əlaqədar REM-in direktoru t.ü.f.d. R.Cabbarov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru t.ü.f.d. N.Qasımov, ADL-nın sədri Y.Sultanova, REM-in endokrinoloqu, ADL-nın sədr müavini S.Ağayeva çıxışlar etmişlər. Daha sonra 13-15 yaş qrup uşaqlara üçün hədiyyələr təqdim olunmuşdur. Tədbirə bir sıra farmokoloji firmalar sponsorluq edir. Onlar: Sanofi Aventis, Lilly, Takeda, Bayer, Wörwaq farm, Novo-Nordisk, Meda, Stevya, Sanovel, HBco ltd-dir. ADL-nın müraciətinə görə bu il noyabrın 14-ü 60 nəfər diabetilin uşaq Park Bulvar AVM-də yerləşən Park Cinemada “Castin və cəngavərlərin şücaəti” cizgi filminə baxacaq. Öz xəyallarının arxasınca gedən Castinin başına gələn maraqlı sərgüzəştlər uşaqlar üçün maraqlı olacaq. Cizgi filmindən sonra uşaqları “Yedoy” restoranının təqdim edəcəyi ləzzətli təamlar gözləyir. Bu uşaqlar üçün ADL və REM hədiyyə paketi təqdim etmişdir.
ŞD xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.
BMT 20 dekabr 2006-cı il tarixli general assambleyasının 61/225 saylı qətnaməsində deyilir ki: ”Şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.”
Bu xəbər 3072 dəfə oxunub