17 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/10/2013 Nazirlikdə əlillərin hüquqlarına dair yeni stratejı addımlar atılır


 Ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən birini əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması  təşkil edir. Azərbaycan Respublikası 2008-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı və Konvensiyanın Fakultativ  Protokolunu ratifikasiya etməklə öz üzərinə mühim öhdəliklər götürübdür. Öhdəliklərdən biri əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması, qanunlarda əlilliyi olan şəxslərlə bağlı ayrıseçkilik hallarının aradan qaldırılması, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsidir.
   Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün “Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı”nın (2013-2018-ci illər) və “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun layihə sənədi hazırlanıb.
   08 oktyabr 2013-ci il tarixdə ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birlikdə adıçəkilən qanun və fəaliyyət planının layihəsinin müzakirəsinə dair dəyirmi masa keçirilib. Layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, sosial infrastrukturdan istifadə, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
   Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov qeyd edib ki, milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində çox böyük işlər görülüb. Belə ki, artıq yeni qanunun və fəaliyyət planın layihələri hazırlanaraq ixtisaslaşmış vətəndaş cəmiyyəti və dövlət orqanları razılaşdırılıb.
   Qeyd edilib ki, Konvensiyanın tələblərinə uyğun hazırlanan “Əlillərin sosial müdafiəsi haqqında” yenidən hazırlanan qanun layihəsi əlilliyi olan insanlara cəmiyyətdə ayrı-seçkilik aradan qaldırılacaq və cəmiyyətin bərabər hüquqlu üzvləri kimi bərabər imkanlardan yararlana biləcəklər.
   Vətəndaş cəmiyyətinin nümayəndələri bildirdilər ki, “Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı”nında (2013-2018-ci illər) illik büdcəsi nəzərdə tutulmalı, əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə məşğul ola bilmələri üçün dövlət dəstəyi məsələləri geniş yer almalıdır.
   Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sözlərinə görə, müzakirələr intensivləşdiriləcək və hər iki layihə sənədi ilin sonuna kimi Milli Məclisin müvafiq Komitəsinə təqdim olunacaqdır. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2836 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi