20 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/9/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi yeni layihənin icrasına başlamışdır


PRESS RELİZ

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi

yeni layihənin icrasına başlamışdır

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.

Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.

Layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək: Əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən braşuranın nəşr edilməsi; Onların  hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və ictimai şuralarda təmsil olunan QHT üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi. Layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə və ictimai şuralarda təmsil olunan QHT üzvlərinə və digər şəxslərə hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazası təhlil ediləcək və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramları nəzərdən keçiriləcək.

Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin  Tövsiyələr müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Layihə üzrə koordinator “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudova, layihənin hüquqşünas-eksperti, hüquq elmləri doktoru, professor Mayis Əliyev, layihənin köməkçisi isə sosioloq Ülvi Əliyev müəyyən edilib.

Qeyd edək ki, layihə 4 ay müddətində Bakı və Azərbaycan Respublikasının Gəncə, Şirvan şəhərlərini, Abşeron və Qazax rayonlarını əhatə edəcək.

 

Mətbuat xidməti  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3348 dəfə oxunub




Flag Counter






» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ