11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/4/2013 Sosial xidmətlər sahəsində gələcək fəaliyyət istiqamətləri müəyyən olunub


Sosial xidmətlər sahəsində gələcək fəaliyyət istiqamətləri müəyyən olunub
 
     10 aprel 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi sahəsində gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış QHT-lərlə görüş keçirilmişdir.
     Görüşü giriş sözü ilə açan nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli Fərmanı ilə tətbiqinə başlanılan «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun sosial xidmətlərin çeşidinin artmasında, sosial xidmət göstəriləcək əhali kateqoriyalarının əhatə dairəsinin və bu sahədə hökumət və ixtisaslaşmış qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq imkanlarının genişlənməsində mühüm rol oynadığını qeyd edib.
     Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrıldığını qeyd edən nazir Fizuli Ələkbərov həmin sərəncamın sosial xidmətlər sahəsinin inkişafında çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb.
     Qeyd olunub ki, bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcəkdir.
     Görüşdə Azərbaycanda sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən sosial xidmətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
     Nazirlik yanında İctimai Şuranın üzvlərinin, ixtisaslaşmış təşkilatların nümayəndələrinin iştirak etdiyi, öz fikir və təkliflərini bildirdiyi görüşdə sosial xidmətlərlə bağlı bir sıra layihələrin təqdimatı olub. Tədbirdə sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində ixtisaslaşmış təşkilatların müsbət rolu qeyd edilib, bu sahədə gələcək fəaliyyət istiqamətləri müəyyən olunub.
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3461 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi