10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/1/2013 “Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar”


 

Yanvarın 28-də Gəncə şəhərində Əlil Təşkilatları İttifaqının (ƏTİ) «Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik» layihəsi çərçivəsində «Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar» mövzusunda konfrans keçirilib.
     Hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirak etdiyi konfransda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Müstafayev, «Dünyaya Baxış» beynəlxalq humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əsgər Babazadə, Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, QHT rəhbərləri Elmira İsmayılova, Həsən Hüseynli və başqaları çıxış ediblər.
     Tədbirdə respublikada əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərdən söz açılmaqla, bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində uğurlu tədbirlərin həyata keçirildiyi vurğulanıb. Konfrans iştirakçıları ölkədə əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları ilə bağlı müzakirələr aparıb, təkliflərini bildiriblər.
     Məlumat üçün bildirək ki, «Dünyaya Baxış» beynəlxalq humanitar təşkilatının dəstəyi ilə icrasına başlanılan «Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik» layihəsinin məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. İki il yarım müddətində həyata keçiriləcək layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuradakı müvafiq işçi qrupu ilə birgə işlərin görülməsini, BMT-nin «Əlilliyi olan insanların hüquqları haqqında» Konvensiyasından irəli gələn hüquqi islahatların həyata keçirilməsinə töhfənin verilməsini, əlilliyi olan şəxslərlə bağlı ictimai görüşlərin, dəyirmi masaların və digər tədbirlərin təşkil olunmasını nəzərdə tutur. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2207 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi