10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/1/2013 Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları toplu halında nəşr olunub


   

Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları toplu halında nəşr olu
    «Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları» adlı yeni kitab nəşr olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi kitabda tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı Azərbaycan Respublikasının qanunları, Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarları, o cümlədən nazirliyin təlimati-metodiki göstərişləri, məktub və əmrləri toplu halında əksini tapıb.
     Müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. Belə ki, 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert Komissiyalarında vəRespublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir.
     Yeni kitabda əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi meyarları, əlilliyin səbəbləri, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya müəsissəsinə qəbul edilməsi, onların bərpa-müalicə xidməti ilə, həmçinin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu arabalarla, protez-ortopedik vasitələrlə təmin olunma və s. ilə bağlı qaydalar da yer alıb. Bu isə kitabın tibbi-sosial ekspertiza və reabilitasiya xidmət ilə bağlı hüquqi maarifləndirmə baxımından daha geniş oxucu auditoriyası üçün əhəmiyyətli olduğunu qeyd etməyə əsas verir.
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2396 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi