09 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/11/2012 Azərbaycan Milli QHT Forumu “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi


 

qhtxeber.az// 27 noyabr tarixində Azərbaycan Milli QHT Forumu “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi  çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində növbəti seminarını həyata keçirib.
qhtxeber.az-ın məluamtına görə tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib. V.İsmayılov öz çıxışında  rayonda mütəmadi olaraq tikinti-quruculuq, abadlıq işləri aparıldığını və bunun nəticəsi olaraq Azadlıq prospektində 6 zolaqlı yol xəttinin çəkilişi və məhz bu yolun bir xəttinin əlillər üçün nəzərdə tutulacağını bildirib: “Əlillərin vəziyyəti daim İcra Hakimiyyətinin diqqət mərkəzindədir”.
Milli QHT Forumunun prezidenti  Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərova və kollektivinə minnətdarlığını bildirib.
Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandıraraq qeyd edib ki, layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır: “Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində, bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq”. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev də çıxış edib və  bu sahədə dövlət siyasətinin istiqamətləri və priaritetləri haqqında qısa məlumat verdi və vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırıb. Daha sonra Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Sosial Hüquqların Araşdırılması İB-nin sədri Mayis Əliyev, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, “Həsrət yolu” Əsir və Girovlara Kömək İB-nin sədri Esmira Orucova və  başqaları çıxış edərək mövzuyla bağlı öz fikirlərini bildiriblər. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənilib. 
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə il ərzində həyata keçiriləcək  layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi,siyasi,şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək,həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2920 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 9/12/2022- Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib

» 8/12/2022- Kvota üzrə 66 min iş yerinin əksəriyyəti kadrlarla təmin olunub

» 8/12/2022- I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyənləşdirilən 16,7 minədək şəxsə birdəfəlik ödəmə verilib

» 8/12/2022- “YAŞAT” Fondunun yaradılmasından iki il ötür

» 8/12/2022- Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

» 7/12/2022- Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 7/12/2022- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!