14 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/10/2012 Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması


12.10.2012
 
     Oktyabrın 10-11-də Gəncə şəhərində Vətəndaşlarin Əmək Hüquqlarinin Müdafiəsi Liqasi tərəfindən «Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması» və Milli QHT Forumu tərəfindən «Əlilliyi olan şəxslərin huquqlarinin qorunmasi və cəmiyyətə inteqrasiyasi» layihələrinin təqdimatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan layihələrin təqdimatında vətəndaş cəmiyyətlərinin, müvafiq dövlət orqanları və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə ölkədə olan əlilliyi olan insanların əmək qabiliyyətli hissəsinin məşğulluğunun təmin olunması sahəsində mövcud vəziyyət, bu istiqamətdə görülən işlər müzakirə olunub.
     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndərzadə Mustafayev əlilliyi olan insanların məşğulluğunun təminatının dövlətin sosial siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınin Məşğulluq Strategiyası»nda (2006-2015-ci illər), Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı»nda (2007-2010-cu illər), eləcə də ölkənin sosial-iqtisadi tərəqqisini nəzərdə tutan digər dövlət proqramlarında əlillərin əmək bazarına çıxışının təmin olunması ilə bağlı konkret tədbirlər əksini tapmışdır.
     Belə ki, Məşğulluq Strategiyasının «Sosial cəhətdən həssas qrupların məşğulluğunun inkişafı» bölməsində bu məqsədlə bir sıra tədbirlərin həyata keçirilməsi üçün hədəflər müəyyən edilmişdir. Bunlara əlilləri işlə təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və bu kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi, kvotaya əməl etməyən müəssisələrə qarşı sanksiyaların müəyyən edilməsi və s. daxildir.
     İskəndərzadə Mustafayev milli qanunvericilikdə əlilliyi olan insanların məşğulluq problemlərinin həllinə, hətta onların sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönələn maddələrdən söz açaraq, bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planını»nda da bu məsələyə yer verilib. Sənədin 2.8-ci bəndində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması nəzərdə tutulur.
     Qeyd edək ki, əlilliyi olan insanların əmək bazarına çıxışının asanlaşdırılmasında vətəndaş cəmiyyətinin rolunun artırılması da hökumətin əsas proritetlərindəndir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş cəmiyyəti qurumları ilə sıx əməkdaşlıq etməkdədir. Nazirlik yanında fəaliyyət göstərən İctimai Şura öz fəaliyyətində əlilliyi olan insanların əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı həm qanun layihələrinin və digər normativ hüquqi aktların hazırlanmasında, həm də maarifləndirmə işlərində fəal iştiraka cəlb olunmuşdur.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2266 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər