26 Noyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/9/2012 INKLUZIV ƏDALƏT


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirir. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir. Qeyd etmək istəyirik ki, Xəzər və Binəqədi rayon məhkəmələrində panduslar quraşdırılmışdır. Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Bakı Dövlət Universitetinin 1 saylı korpusu və Nizami rayon məhkəməsində isə bu işlər görülməkdədir.

      BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin  təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki,  hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir. Respublikada gedən geniş tikinti-quruculuq işləri zamanı sərbəst hərəkətin təmin olunması az hallarda nəzərə alınır və bu zaman da müvafiq normalara riayət olunmur. Qeyd olunan çatışmazlıqlar nəqliyyat sektoru üçün də səciyyəvidir.

       Bu problemlərin müzakirəsi, geniş ictimaiyyətə çatdırılması, müvafiq icra orqanlarının vəzifə borclarının yerinə yetirməmələrinin səbəblərinin araşdırılması ilə əlaqədar olaraq kimi təşkilatımız tərəfindən "Fiziki maneələr və uyğunlaşdırma" mövzusunda dəyirmi masa keçirilmişdir.

      Tədbirdə Hökumət, Ombudsman, Milli QHT, Beynəlxalq təşkilatlar, KİV nümayəndələri iştirak etmişlər. Tədbirin yekununda rəy və təkliflər toplanılıb ümumiləşdirildikdən sonra aidiyyatı orqanlara və ictimaiyyətə təqdim olunması nəzərdə tutulmuşdur.

      Tədbir 11 sentyabr 2012-ci il tarixdə saat 11.30 – 13.00-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.

 

Mətbuat xidməti
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3197 dəfə oxunub




Flag Counter






» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb

» 16/11/2022- Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

» 15/11/2022- Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir

» 14/11/2022- Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub

» 13/11/2022- 50 mindən çox şəxsə əlillik təyin olunub

» 12/11/2022- 94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 11/11/2022- “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

» 11/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2022- 8 NOYABR - ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!

» 8/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!