XƏBƏRLƏR




- 31/7/2012 Bacarıqlı əllər Şəki
- - PRESS RELİZ 1 (2012)
- - "5 may - Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU
- - PR 5/ UDPO - WV
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il Press Reliz
- - Əlilliyi olan insanların sosial hüquqları
- - “Bacarıqlı əllər” Gəncə
- - Bacarıqlı əllər Şəki
- - PRESS RELİZ № 01/025 «05» sentyabr 2012-ci il
№ 09 «20» iyul 2012-ci il
PRESS RELİZ
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.
Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Fəaliyyət planına uyğun olaraq 28 iyul 2012-ci il tarixdə Şəki şəhərində
“Bacarıqlı əllər”
Sərgisi keçiriləcəkdir.
Sərgidə hökumət, QHT, KİV nümayəndələri, əlilliyi olan şəxslər iştirak, şəhər sakinləri iştirak edəcəkdir.
Təşkilat haqqında
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) 2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmış, 16.04.2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır.
Əsas məqsəd əlil təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq və mənafelərinin müdafiə olunmasıdır.
Hazırda ƏTİ-də 26 təşkilat təmsil olunur.
ƏTİ-nin Qazax və Qəbələ resurs mərkəzləri yaradılmışdır. Üzv təşkilatların Respublikanın əksər rayonlarında şöbələri vardır, üç təşkilat beynəlxalq təşkilatların üzvləridirlər.
ƏTİ “Dünya Əlillər Birliyi” və “Yoxsulluğa Qarşı Qlobal Koalisiyası”nın üzvüdür.
Rəhbərlikdə qadınlar: 60%
Daha ətraflı: www.udpo.az
Mətbuat xidməti
Bu xəbər 3221 dəfə oxunub