XƏBƏRLƏR




- 6/6/2012 “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il Press Reliz
- - PRESS RELİZ 1 (2012)
- - "5 may - Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU
- - PR 5/ UDPO - WV
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il Press Reliz
- - Əlilliyi olan insanların sosial hüquqları
- - “Bacarıqlı əllər” Gəncə
- - Bacarıqlı əllər Şəki
- - PRESS RELİZ № 01/025 «05» sentyabr 2012-ci il
“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”
Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il
Press Reliz
Nəzərinizə çatdırmaq istərdik ki, "World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi ilə birgə 06 İyun, 2012-ci il tarixində “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”adlı layihənin təqdimat mərasimini keçirmişdir.
Təqdimat mərasimini giriş sözü ilə açan "World Vision International" humanitar Təşkilatının nümayəndəsi Vüqar Əhmədov yeni layihənin həyata keçirilməsi, məqsədləri və fəaliyyəti ilə bağlı məlumat vermişdir. Qeyd etmişdir ki, sözügedən layihə Azərbaycanda fəaliyyət göstərən və bu sahədə çalışan müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn fəaliyyəti dəstəkləyir.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı sosial siyasət şöbəsinin müdiri Vüqar Həsənov layihə ilə bağlı öz fikirlərini söyləyərək Nazirliyin bu layihənin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirmişdir.
Daha sonra çıxış edən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsinin işçi qrupunun üzvü, hüquqşünas ekspert Nadir Adilov, Azərbaycan Müəllimlər İnstitutunun Təhsildə İnnovasiya Kabinetinin müdiri Leyla Əliyeva, Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Robert Stir, UNİCEF Təşkilatının nümayəndəsi Munir Məmmədzadə və digərləri layihənin gedişi və gələcək fəaliyyəti haqqında öz fikirlərini söylədilər.
Bu gün ölkəmizdə 480 000 əlil insan var. Onlara dövlət qayğısı ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da böyük diqqət ayırır. "World Vision International" humanitar Təşkilatının Azərbaycandakı əsas fəaliyyətlərindən biri əlilliyi olan insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlıdır.
2012-ci ilin aprel ayından fəaliyyətə başlayan yeni layihə əlilliyi olan insanlarla bağlı yerli qanunvericiliyin BMT-nin konvensiyasına uyğunlaşdırılmasını, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını, onların sosial problemlərinin həlli ilə bağlı cəmiyyətdə geniş maarifləndirmə və ictimai müzakirələrin aparılmasını, Müəllimlər İnstitutunda İnkluziv Təhsil Mərkəzinin yaradılmasını nəzərdə tutur. Layihədən irəli gələn müəyyən fəaliyyətləri Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi həyata keçirir.
Təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, OMBUDSMAN aparatı, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış etmişlər.
Bu xəbər 3217 dəfə oxunub