14 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/6/2012 Layihənin təqdimatı. “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”


 

“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”

Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il    

Press Reliz       

 

Nəzərinizə çatdırmaq istərdik ki, "World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi ilə birgə  06 İyun, 2012-ci il tarixində “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”adlı layihənin təqdimat mərasimini keçirmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan "World Vision International" humanitar Təşkilatının nümayəndəsi Vüqar Əhmədov yeni layihənin həyata keçirilməsi, məqsədləri və fəaliyyəti ilə bağlı məlumat vermişdir. Qeyd etmişdir ki, sözügedən layihə Azərbaycanda fəaliyyət göstərən və bu sahədə çalışan müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn fəaliyyəti dəstəkləyir.

 

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı sosial siyasət şöbəsinin müdiri Vüqar Həsənov layihə ilə bağlı öz fikirlərini söyləyərək Nazirliyin bu layihənin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirmişdir.

Daha sonra çıxış edən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsinin işçi qrupunun üzvü, hüquqşünas ekspert Nadir Adilov, Azərbaycan Müəllimlər İnstitutunun  Təhsildə İnnovasiya Kabinetinin müdiri Leyla Əliyeva, Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Robert Stir, UNİCEF Təşkilatının nümayəndəsi Munir Məmmədzadə və digərləri layihənin gedişi və gələcək fəaliyyəti haqqında öz fikirlərini söylədilər.

 

Bu gün ölkəmizdə 480 000 əlil insan var. Onlara dövlət qayğısı ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da böyük diqqət ayırır. "World Vision International" humanitar Təşkilatının Azərbaycandakı əsas fəaliyyətlərindən biri əlilliyi olan insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlıdır.

 

2012-ci ilin aprel ayından fəaliyyətə başlayan yeni layihə əlilliyi olan insanlarla bağlı yerli qanunvericiliyin BMT-nin konvensiyasına uyğunlaşdırılmasını, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını, onların sosial problemlərinin həlli ilə bağlı cəmiyyətdə geniş maarifləndirmə və ictimai müzakirələrin aparılmasını, Müəllimlər İnstitutunda İnkluziv Təhsil Mərkəzinin yaradılmasını nəzərdə tutur. Layihədən irəli gələn müəyyən fəaliyyətləri Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi həyata keçirir.  

Təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, OMBUDSMAN aparatı, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış etmişlər. 
  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2740 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər