7. Səhiyyə Nazirliyi “Məhkəmə -tibbi ekspertiza və pataloji anatomiya” elmi-təcrübi və tədris birliyində məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətləri haqqinda Əsasnamə, 1996-cı il
QEYDƏ ALINMIŞDIR
AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ
Qeyd № 1
23.05.1996-cı il
Nazir əvəzi: ________ S.C.Həsənova
|
TƏSDİQ EDİRƏM
AZƏRBAYCAN RESPUBLİKASI
SƏHİYYƏ NAZİRİ
___________
15.05.1996-cı il
Nazir ____________Ə.İNSANOV
|
SƏHİYYƏ NAZİRLİYİ “MƏHKƏMƏ -TİBBİ EKSPERTİZA VƏ PATALOJİ ANATOMİYA” ELMİ-TƏCRÜBİ VƏ TƏDRİS BİRLİYİNDƏ MƏHKƏMƏ PSİXİATRİK VƏ MƏHKƏMƏ NARKOLOJİ XİDMƏTLƏRİ HAQQINDA
Ə S A S N A M Ə
BAKI – 1996
“RAZILAŞDIRILMIŞDIR”
Azərbaycan Respublikası
Baş Prokuroru
___________E.Həsənov
15.05.1996-cı il
|
Azərbaycan Respublikası
Ədliyyə Naziri əvəzi
___________S.Həsənova
15.05.1996-cı il
|
Azərbaycan Respublikası
Daxili İşlər Naziri
____________ R.Usubov
___________1996-cı il
|
Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Naziri
_________N.Abbasov
01.05.1996-cı il
|
Azərbaycan Respublikası
Ali Məhkəmənin sədri
____________X.Hacıyev
____________1996-cı il
|
|
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
SƏHİYYƏ NAZİRLİYİ “MƏHKƏMƏ-TİBBİ EKSPERTİZA VƏ PATOLOJİ ANATOMİYA” ELMİ-TƏCRÜBİ VƏ TƏDRİS BİRLİYİNDƏ MƏHKƏMƏ PSİXİATRİK VƏ MƏHKƏMƏ NARKOLOJİ XİDMƏTLƏRİ HAQQINDA
Ə S A S N A M Ə
BAKI-1996
Səhiyyə Nazirliyi "Məhkəmə—
Tibbi Ekspertiza və Patoloji
Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində
Məhkəmə Narkoloji xidmətləri haqqında
ƏSASNAMƏ
-
Məhkəmə Psixiatrik və məhkəmə narkoloji ekspertizalar ədalət mühakiməsinin məqsəd və vəzifələrinə xidmət edir. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar məhkəmə-tibbi ekspertizaların digər növləri kimi Azərbaycan Respublikasının cinayət, cinayət prosessual, mülki, mülki-prosessual, səhiyyə qanunvericililərinə, Səhiyyə Nazirliyinin əmr və başqa normativ aktlarına müvafiq surətdə icra olunur.
-
Məhkəmə-psixiatrik və məhkəmə narkoloji ekspertizalar təhqiqat aparan şəxsin-müstəntiqin, prokurorun, məhkəmənin qərar və qərardadları əsasında aparılır.
-
"Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Məhkəmə Psixiatrik və Məhkəmə Narkoloji xidmətləri hüquq mühafizə orqanlarının qərarlarına əsasən müvafiq ekspertizaların keçirilməsi ilə yanaşı, eyni zamanda əhaliyə müalicə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasında və profilaktik tədbirlərin keçirilməsində səhiyyə orqanlarına metodik köməklik göstərir.
-
Şübhə edilən şəxsin və ya müttəhimin anlaqlılığı və ya öz hərəkətlərinə cavab verə bilməsi barədə şübhə yarandıqda onların psixi vəziyyətini, həmçinin şəxsin alkoqol, narkotik maddə qəbul edib-etməməsi, yaxud alkaqoliq və yaxud da narkoman olub-olmadığını, şahidin və ya zərərçəkmiş əxsin iş üçün əhəmiyyəti olan halları düzgün qavramaq və onlar haqqında düzgün ifadə vermək qabiliyyətinə şübhə yarandığı hallarda, onların psixi və sair vəziyyətlərini, məcburi müalicəyə cəlb olunanların tam sağalmalarını müəyyən etmək üçün istintaq orqanları tərəfindən təyin edilmiş məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar aparılır.
-
Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlər-məhkəmə-tibb ekspertləri tərəfindən aparılır.
-
Respublikada Məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətlərin təşkili Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Məhkəmə psixiatrik və məhkəmə narkoloji şöbələri tərəfindən təmin edilir.
-
Ambulator məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin əsas binasında, Gəncə şöbəsində, Naxçıvan Muxtar Respublikası "Mahkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində, stasionar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar 1 saylı Respublika Ruhi Xəstəxanasının nəzdində ayrılmış və Birliyin tabeçiliyində olan xüsusi şöbədə təşkil edilir.
-
Narkotik maddələrin, alkoqolun qəbulu və sərxoşluğun dərəcələrinin təyini ekspertizaları Birliyin müvafiq xidmət sahələri üzrə rayon, rayonlararası bölmə mərkəzlərində və şəhər şöbələrində təşkil edilir.
9. Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru respublikada məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətlərinə inzibati təsərrüfat, praktiki və təşkilati metodik cəhətdən rəhbərlik edir. O, Məhkəmə-psixiatrik və Məhkəmə narkoloji xidmətlərin təşkilat-metodik və maliyyə işlərinə cavabdehdir.
-
Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin (bölmələrin) rəhbərləri, o cümlədən şöbələrdə fəaliyyət göstərən həkim, orta və kiçik tibb işçiləri inzibati, təsərrüfat, praktik və təşkilati-metodik cəhətdən Birliyin Baş direktoruna tabedir.
-
Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, Məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir.
-
İlkin, əlavə və təkrar məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların keçirilməsi mövcud qanunvericiliklərdəki qaydalarda "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin və hər iki xidmət sahələrinin əsasnamələri ilə nizamlanılır.
-
İlkin və təkrar məhkəmə-psixiatrik və məhkəmə narkoloji ekspertizaların icrasına məsləhətçilərin cəlb olunması, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru tərəfindən ekspertizaların aparılması zamanı təyin edilmiş mütəxəssislərin siyahısına uyğun olaraq aparılır.
-
Təhqiqat, istintaq orqanları və məhkəmə tərəfindən təyin olunan bütün əlavə Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar, ilkin komissiya tərkibində aparılır və hər bir halda ekspertizanın təyini haqda xüsusi qərar və ya qərardad çıxarılır.
15. İlkin məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların nəticələrinin obyektivliyindən, yaxud da tamlığından təhqiqat, istintaq, məhkəmə orqanlarında narazılıqlar yaranarsa, təhqiqat, istintaq orqanlarının qərarı və ya məhkəmənin qərardadına əsasən "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində ekspert komissiyası tərəfindən təkrar ekspertizalar aparılır.
16. Komissiyanın üzvü üç nəfərdən az olmayaraq təşkil edilir. Komissiyanın üzvləri kimi yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan və baxılan işlə əlaqədar ilkin ekspertizalarda iştirak etməyən psixiatr və narkoloq mütəxəssislər cəlb edilməlidir.
17. Təkrar məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaları Birliyin Baş direktorunun müvafiq sahə üzrə müavininin sədrliyi ilə icra edilir.
-
Məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların icrası zamanı mütəxəssislər onlara məlum olan istintaq və Məhkəmə sirrini açmaq səlahiyyətinə malik deyillər. Belə hallarda onlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
19. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizaların icrası zamanı aparılan işlərə dair arayış yalnız təhqiqat, istintaq və ya məhkəmə orqanları tərəfindən verilə bilər.
20. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar icra üçün müvafiq şöbələrə Birliyin dəftərxanasından Baş direktorun və ya onun müvafiq sahə üzrə müavininin göstərişi əsasında göndərilir. İcra edilmiş ekspertizaların nəticələri haqqında rəy istintaq orqanlarına Birliyin dəftərxanasından rəhbərliyin müşayətedici məktubu ilə göndərilir.
-
Birliyə daxil olan bütün işlər Birliyin dəftərxanasından qeydiyyatdan keçdikdən sonra şöbənin xüsusi jurnalında aşağıdakılar qeyd edilməlidir:
a) sıra nömrəsi;
b) daxil olma tarixi;
v) müşayətedici məktubun göndərilmə tarixi və nömrəsi;
q) işi göndərən idarənin adı;
d) zərərçəkənin və ya müqəssirin adı, atasının adı, soyadı, yaşı göstərilməklə işin qısa məzmunu;
j) məruzəçinin soyadı, işin ona verilmə və ondan bütün sənədlərin alınma tarixi;
z) komissiyanın tərkibi;
i) ekspertizanın nəticəsinin qısa şərhi;
k) rəyin nömrəsi;
l) işi müşayətedici məktubla təhvil alan şəxsin imzası və təhvil verilmə tarixi (dəftərxana, istintaq və məhkəmə işçiləri).
22. Şöbənin qeydiyyat jurnalı nömrələnməli, tikilməli və birliyin möhürü ilə möhürlənib Baş direktor tərəfindən imza olunmalıdır.
23. Ekspertizaya daxil olan iş sənədləri odadavamlı seyfdə və bağlanan rəfdə (stolda) saxlanılmalıdır. İşlə tanış olmaq və "işin gedişi" hissəsinin şərhi yalnız Birliyin binasında aparılmalıdır.
-
Komissiya şəklində aparılan təkrar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin möhürü ilə təsdiqlənir.
-
Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalara dair rəy və iş sənədləri tamamlandıqdan sonra müşayətedici məktubla ekspertizanı təyin edən orqanlara göndərilir. Rəylərin surəti qərar və digər sənədlərlə birlikdə müəyyən edilmiş qaydada Birliyin arxivində saxlanılır.
-
Birlikdə aparılan komissiya şəklində təkrar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalarının nəticələrinin obyektivliyindən, yaxud da tamlığından təhqiqat, istintaq, məhkəmə orqanlarında və proses iştirakçılarında narazılıqlar yaranan halda ekspertiza bilavasitə Səhiyyə Nazirliyinin nəzdində sərbəst fəaliyyət göstərən Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb ekspertinin rəhbərliyi ilə müvafiq xidmət sahəsi üzrə aparıcı mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən III instansiyada aparılır. III instansiyada aparılan ekspertizalar, ekspertizalar aparılmasının axırıncı mərhələsidir.
-
Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələr (bölmələr) mövcud qaydaya uyğun struktur və ştat cədvəllərinə malikdirlər ki, onlar da müvafiq olaraq "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru tərəfindən təsdiq edilir.
28. Zərurət yarandıqda əsasnamədə mövcud qanunvericiliyə zidd olmayan bəzi dəyişiklik və əlavələr edilə bilər.