"Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin II mərhələsi baş tutdu.


"Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin II mərhələsi baş tutdu.

 

28 oktyabr 2022-ci il tarixində Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin II mərhələsi baş tutdu. Tədbir Respublika Reabilitasiya Mərkəzində həyata keçirildi. Sözü gedən mərkəzdə müalicə almaqda olan fiziki-məhdudiyyətli şəxslər, Qarabağ Qaziləri tədbirdə iştirak edərək maariflənənlər qrupuna qoşuldular. Tədbiri giriş sözü ilə açıq elan edən Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Ruhin Cəfərov öncə Vətən uğrunda canından keçən Şəhidləri yad etdi. R. Cəfərov layihə haqqında məlumat verdikdən sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov,  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin psixo-sosial reabilitasiya sahəsinin koordinatoru Fatimə Kərimli, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov, Qarabağ Qazisi Samir Hüseynov, "Kamandan oxatma" paralimpiya idman növü üzrə baş məşqçi İlqar Abbasov, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Elnur Əliyev, sözü gedən layihənin təlimçisi Mələk Rüstəmova çıxış etdilər. Natiqlər layihənin vacibliyindən bəhs edərək öz fikirlərinin fiziki-məhdudiyyətli şəxslərə çatdırdılar. Təşkilatın təsisçisi İlham Məhərrəmov paralimpiya guşəsi ilə qonaqları tanış etdikdən sonra tədbir iştirakçıları ilə motivasiya xarakterli söhbət etdi. Layihənin sonunda iştirakçı Qazi və fiziki-məhdudiyyətli şəxslərə sertifikat verilməklə təşəkkür bildirildi və xatirə şəkili çəkdirildi.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:28/10/2022     www.udpo.az saytı Geri