Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib


Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib

 

142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə

 89 300 vətəndaş müraciəti cavablandırılıb

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 729 şəxsə xidmətlər göstərilib. 142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 89 334 vətəndaş müraciəti cavablandırılıb.

Ötən ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki filiallarında 50-yə yaxın şəhər və rayonu əhatə edən üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.

Bu mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında  göstərilir.

Həmçinin 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada da xidmətlər həyata keçirilir.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:23/5/2022     www.udpo.az saytı Geri