20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.


20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
QHT.az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.
 
İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:21/10/2021     www.udpo.az saytı Geri