Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi.


30 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi. İclasda Mədəniyyət Naziri Anar Kərimov İctimai Şura üzvləri ilə tanış oldu. Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Nazir , yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışdı.
İclasdan sonra İŞ-nın ilk iclası keçirilərək şuraya sədr, sədr müavinləri və katib seçilməsi müzakirə olundu. Beləliklə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya səs çoxluğu ilə sədr Gəray Əlibəyov, müavinlər Qədirov Şahin, Yolçuyev Əkbər və katib Verdiyeva Bəyimxanım seçildi.
Həmkarlarımızı təbrik edərək İctimai Şura fəaliyyətimizdə uğurlar arzulayıram.
#bizbirlikdəgüclüyük
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azerbaijan
#Azərbaycan
#culture
#mədəniyyət
 
 

Əlil Təşkilatları İttifaqı

 






Tarix:30/7/2021     www.udpo.az saytı Geri