Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.


Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə,İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

 

Əlil Təşkilatları İttifaqı

  




Tarix:9/5/2021     www.udpo.az saytı Geri