Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb


Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına

cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin şəhid və qazilərimizin ailələri ilə görüşləri davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə üç şəhidimizin - Vətən müharibəsinin şəhid qəhrəmanlarından Həsənağa Şirvaninin, Nicat Orucovun və Kamran Hacıyevin ailələrində olub. 

Həmin şəhid ailələrinin sosial vəziyyəti öyrənilib, sosial təminat hüquqları barədə məlumat verilib. Hər üç şəhidin ailə üzvlərindən işsiz olanların məşğulluğunu təmin etmək məqsədilə işlər aparılıb.

İstəklərinə uyğun olaraq, ailə üzvlərinin bir qismi özünüməşğulluq proqramı ilə əhatə olunub: şəhid Həsənağa Şirvaninin qardaşı fotoxidmət, şəhid Nicat Orucovun anası tekstil məhsulları istehsalı, qardaşı isə çilingərlik sahəsi üzrə özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də aktivlərlə təmin edilərək qeyd olunan fəaliyyət sahələri üzrə kiçik biznes sahələrini yaradıblar.

Şəhid Kamran Hacıyevin anası Sevinc Hüseynova istəyi əsasında ödənişli ictimai işlə təmin olunub, qardaşı isə avtoyuma xidməti üzrə özünüməşğulluq proqramına cəlb edilib.

 Şəhid ailələrinin yaşayışı bundan sonra da daim diqqətdə saxlanacaq.

 

 

Əlil Təşkilatları İttifaqı

 

  
 






Tarix:3/2/2021     www.udpo.az saytı Geri