QHT TV-nin canlı yayımında "Əlilliyi olan şəxslərə diqqət və qayğı " mövzusunda müzakirə aparılıb.


 
http://www.qht.az/index.php?action=static_detail&static_id=42863
 
Jurnalist Cəsarət Hüseynzadənin qonağı Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli əlilliyi olan şəxslərə cəmiyyətin münasibəti, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması və onların özünü məşğulluq proqramında iştirakı, infrastrukturun əlçatanlığı və digər aktual mövzulara toxunub.
 
Canlı yayım “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyilə həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində baş tutub.
 




Tarix:25/12/2020     www.udpo.az saytı Geri